Öz kökü üstündə bitən ot
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
12:15 | 1 mart 2014 | Şənbə
Məqaləyə 1765 dəfə baxılıb
Şriftin ölçüsü
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
“Boz kardinal”a sitayiş edənlərin siyahısı
Prezident Ramiz Mehdiyevi yüksək qurumdan çıxardı
Ramiz Mehdiyevin ailə üzvlərinə məhdudiyyət qoyulub
Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub; cinayət işinin detalları
Qaldı “Yastı Salman”larla, “Lal Hüseynlər”
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
İqtidar və müxalifət eyni fikirdədir
YAP-dan Əli İnsanova sərt reaksiya
Əli Əhmədov qurultaya qatılacaq
«Azərbaycanın inkişafını görmək istəməyən müəyyən qüvvələr var. Hansısa ölkədə demokratik dəyərlərin formalaşmasında müəyyən problemlər yarana bilər. Azərbaycan 70 il totalitar bir rejimin tərkibində olub. Əhalinin yarısı hələ o dövrdə təhsil alıb, formalaşıb, həmin dövrün düşüncəsi ilə yaşayırlar. 22 ildir müstəqil dövlətik. Bu müddətdə Azərbaycanın hansısa Avropa ölkəsi kimi demokratik olması mümkün deyil».
Bunu modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ölkədə demokratik institutların formalaşmasında müəyyən problemlər ola bilər: «Bu, bütün ölkələrdə olur. Özlərini «demokratiyanın beşiyi» adlandıranlar əvvəlcə zalımı durdurmalıdırlar. Bir ölkə üçün demokratiyanın zəifliyi eyib deyil, amma bir ölkənin işğalçı kimi tanınması biabırçılıqdır. «Təcavüzkar», «işğalçı» adlanan ölkələrlə mübarizə aparılmalıdır. Kim güclüdürsə, zəifi zəbt etməməlidir. Bu gün Suriyada Bəşər Əsədin xalqına tutduğu divanın qarşısı alınmalıdır. Amma bunu etmirlər. Bəzən bu məsələlər maraqlara xidmət edir. Həmin dövlətlər Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə də laqeyd yanaşırlar.
Ölkəmizi sevməyən qüvvələr belə məlumatlar yayırlar. Azərbaycanı Ukrayna ilə eyniləşdirmək olmaz. Ölkədə irəliyə doğru addımlar atılır. Təbii ki, ölkəmiz ideal deyil, müəyyən problemlər var. Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var. Bu, Avropa ölkələrində də mövcuddur. Dəfələrlə prezident İlham Əliyev də bunu qeyd edib. Hazırda korrupsiyaya qarşı mübarizə aparılır. Demokratik institutların fəaliyyətinin gücləndirilməsi ilə bağlı işlər görülür. Yəni, ölkədə siyasi iradə mövcuddur, əminəm ki, bütün problemlər həll ediləcək».