
Naxçıvanda gedişhaqqı qaldırıldı
MR rəsmiləri ehtiyat hissələrinin satışındakı qiymət artımını bəhanə edir
MR rəsmiləri ehtiyat hissələrinin satışındakı qiymət artımını bəhanə edir
Elton Məmmədovun 80 milyon dollarlıq mülkünü kim aldı?
Bakı Beynəlxalq Avtovağzalı Elton Məmmədovdan alındı, bu dəfə nazirliyə verildi
«Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə bərpa edilib»
İsveçdə Azərbaycanla bağlı korrupsiya səs-küyü qalxır
Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir
Nəqliyyat sektorunda yoxlamalar; Ziya Məmmədovun kardlarına son xəbərdarlıq
Rus mətbuatı Ziya Məmmədovun çobanyastığı falına dönən həbs ehtimalından yazdı
Stolunu çiçək dəstəsi ilə tərk edən tək nazir...
Ziya Məmmədovu hansı aqibət gözləyir?
Ziya Məmmədova bir dəstə gül verib yola saldılar
Sabiq müşavir mövzunun ictimailəşməsindən niyə qorxur? - Məhkəməyə sözardı
«Gözlənilir ki, apreldə islahatlar başlayacaq»
Azərbaycan kimi ölkələrə 12 nazirlik kifayətdir
Ekspertlər yeni yaradılan nazirlik haqda
Hələ kabinetini tərk etməyən Ziya Məmmədovun deputat qardaşının xəyalı
«Daha peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazası yaradılacaq və yaxın gələcəkdə ictimai nəqliyyatda sürücü işləmək istəyənlər xüsusi imtahan əsasında seçiləcək». Bunu APA TV-yə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirdi. N.Həsənov qeyd etdi ki, bu variant ona görə tətbiq olunacaq ki, işindən bezən, maaşı ilə razılaşmayan sürücü işindən getsə sabah bizdə kadr çatışmazlığı yaranmasın. Belə hallar baş verdikdə boş yerləri həmin sürücülük bazasından yararlanıb kurslarda kateqoriya alan sürücülər tutacaq.
Namiq Həsənov deyir ki, yeni qaydaları tətbiq etmək üçün artıq nazirlik tərəfindən müvafiq addımlar atılıb. Hazırda sürücülərin hazırlanması üçün Dərnəgül şossesində tədris kurs kombinatı fəaliyyət göstərir ki, sürücü olmaq istəyən şəxslər orada müvafiq kurslar keçərək müəyyən kateqoriyaları almaq üçün imtahan verəcəklər. Yeni qaydaların tətbiqindən sonra sürücülər «Avtomobil nəqliyyatı qaydaları haqqında qanun»nun tələb etdiyi müddəalar əsasında seçiləcək. Namiq Həsənov bildirdi ki, gələcəkdə adi vətəndaşlar Dövlət Qulluğuna imtahan verib hansısa peşəyə yiyələndiyi kimi sürücü olmaq istəyənlər də eyni qaydada imtahan verəcəklər. Sürücülüyə sonuncu peşə kimi baxmaq olmaz. Nəqliyyatda sürücülərin məsuliyyəti böyükdür, onlar insanların həyatına cavabdehdir, ona görə də peşəkar sürücülərin imtahan əsasında seçilməsi vacib şərtdir. Yaşı 21-dən aşağı olmayan, 3 il sürücülük təcrübəsi olan «D» kateqoriyalı peşəkar sürücülərə ehtiyac var. Buna görə onlar müraciət edə bilərlər. Namiq Həsənov deyir ki, 2015 ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya oyunları ərəfəsində ictimai nəqliyyatda işləyən sürücülər üçün ingilis və rus dillərində xüsusi kurslar təşkil ediləcək. Bununla da sürücülərin xarici qonaqlarla rahat ünsiyyəti təmin edilmiş olacaq.