
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Bu il İranın Şərqi Azərbaycan vilayətində türk dilində 625 kitab çap edilib. Vilayətin İrşad və Mədəniyyət İdarəsinin baş direktoru bu haqda məlumat verib.
Yarı-rəsmi İLNA agentliyinə istinadən, Təbrizdə mətbuat nümayəndələri ilə görüşən Seyid Qasım Nazimi “1400-cü hicri ilində (keçən 11 ay ərzində) vilayətdə nəşr edilən kitabların 625-nin türkcə olduğunu” bildirib. Onun dediyinə görə, bu, vilayətdə çap edilən kitabların təqribən 15 faizidir.
İrşad və Mədəniyyət İdarəsinin baş redaktoru 15 faizin əhəmiyyətli bir rəqəm olduğunu qeyd edib. Lakin həmin qurum 2019-cu ildə vilayətdə çap edilən kitabların 20 faizinin türk dilində olduğunu bildirmişdi.
İranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara mütəmadi qaydada basqılar tətbiq edilir. Keçən illərdə türk dilində təqvim çap edən bəzi mədəni fəallar həbs və mühakiməyə məruz qalıblar.