Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
10:47 | 9 mart 2022 | Çərşənbə
Məqaləyə 1647 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Polşanın ÜDM-si trilyon dolları aşdı
Polşanın özünün bütün “MiG-29” donanmasını Birləşmiş Ştatların ixtiyarına verməsi qərarı Vaşinqtonu “təəccübləndirib”. “Reuters” agentliyi yazır ki, bunu martın 8-də Dövlət Departamentinin diplomatı Viktoriya Nuland Senat dinləməsi zamanı deyib.
Bundan əvvəl Ukrayna Rusiya təcavüzünə qarşı daha effektli mübarizə aparmaq məqsədilə Avropa ölkələrindən döyüş təyyarələri istəmişdi.
Xanım Nuland Senatın Xarici Əlaqələr Komitəsindəki dinləmədə deyib:
"Mənim məlumatıma görə onlar bu təyyarıələri bizə vermək barədə əvvəlcədən bizimlə məsləhətləşməyiblər. Mən bunu polyaklar tərəfindən təəccüblü addım hesab edirəm”.
“Reuters” yazır ki, bundan əvvəl Polşa özünün bütün sovet istehsalı MiG-29 qırıcılarını Almaniyadakı Ramşteyn hərb-hava bazasına transfer edəcəyini bildirmiş və NATO üzvü olan başqa ölkələri də bu tip təyyarələri Birləşmiş Ştatların ixtiyarına verməyə çağırmışdı.
Ukrayna pilotları məhz belə təyyarələrin idarə edilməsi üçün təlim keçiblər.
Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə Avropa ölkələrindən Rusiya istehsalı təyyarələri onun ölkəsinə verməyi xahiş etmişdi.
ABŞ senatorları də NATO üzvü olan ölkələrin sovet döyüş təyyarələrinin Ukraynaya transfer edilməsi üçün Bayden administrasiyasına təzyiq göstərirlər.
“Logistika çətinliyi”
Bu məsələ ABŞ və Polşa administrasiyaları arasında müzakirə olunsa da, Ağ Ev bildirmişdi ki, təyyarələrin Ukraynaya çatdırılmasının müəyyən logistika çətinlikləri var.
“Reuters” yazır ki, Polşanın belə qəfil addımı ABŞ rəsmilərini prosesin hüquqi tərəfləri üzərində düşünməyə vadar edib.
Polşa NATO-ya təhvil verdiyi “MiG” təyyarələrinin əvəzində ABŞ-dan işlənmiş “F-16” qırıcılarını istəyir.
Polşa silah-sursatla Ukraynaya dəstək versə də, Kiyevə döyüş təyyarələrini verə bilməyəcyini demişdi.
Rusiya bildirib ki, NATO-nun Ukrayna səmasına hər hansı şəkildə müdaxiləsi blokla Rusiya arasında müharibə aktı kimi qiymətləndiriləcək.
Polşa bunu da bildirib ki, Vaşinqton hazırda onun ərazisində Patriot raketlərinin yerləşdirilməsi məsələsinə baxır.
Ekspertlər bildirirlər ki, Ukraynaya döyüş təyyarələrinin transferi qərarı bir çox hüquqi əngəllərlə üzləşə bilər.