vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 5 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ENERGETİKA  
Daha iki şirkət getdi 18:20 | 20 mart 2022 | Bazar Məqaləyə 1338 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha iki şirkət getdi

Müştəriləri rusiyanın enerji nəhəngləri olanlar onlardan üz döndərir

MÖVZU İLƏ ƏLAQƏLİ

“Halliburton” və “Schlumberger” neft-mədən xidmətləri şirkətləri Rusiyadakı fəaliyyətlərini ixtisar edirlər. Bununla bağlı hər iki şirkət martın 18-də açıqlama yayıb.

““Halliburton” bu gün Rusiyadakı gələcək əməliyyatlarını dərhal dayandırdığını elan etdi, çünki şirkət bəzi dövlətə məxsus Rusiya müştəriləri də daxil olmaqla, əməliyyat və əməliyyatları qadağan edən sanksiyalara əməl edir”.

Sözügedən şirkətin yaydığı açıqlamada bildirlir.

Şirkət bildirir ki, “Halliburton” Rusiyada qalan əməliyyatlarını dayandırarkən təhlükəsizlik və etibarlılığa üstünlük verəcək”.

“Russian Oil and Gas Technologies” sənaye nəşri yazır ki, Halliburtonun müştəriləri arasında “Qazprom”, “Lukoil”, “Rosneft” kimi Rusiyanın bütün ən böyük neft-qaz şirkətləri yer alır.

Digər neft sənayesi xidmət korporasiyası “Schlumberger” də Rusiyadakı fəaliyyətlərində investisiya və texnologiyanın tətbiqini dayandırır.