Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:37 | 29 mart 2022 | Çərşənbə axşamı
Məqaləyə 1241 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Martın 28-də axşam saatlarında ABŞ-ın ictimai yayımı olan “PBS” telekanalına müsahibə verən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, o, təsirə məruz qalan ölkələrin rublla ödənişdən imtina edəcəyi halda nə baş verəcəyindən əmin olmasa, “biz nə edə biləcəyimizə baxarıq”.
Kreml bildirir ki, Rusiya qazının pulunu rublla ödəməyə məcbur edən yeni qaydalara əməl etməyən ölkələrin tədarükləri kəsiləcək. “Əlbəttə, biz xeyriyyəçilik edib Qərbi Avropaya pulsuz qaz göndərmək fikrində deyilik”, o qeyd edib.
Problem prezident Vladimir Putinin keçən həftə Rusiya mərkəzi bankı, hökumət və dövlətin nəzarətində olan “Gazprom” enerji şirkətinin martın 31-dək “dost olmayan ölkələr”, o cümlədən Avropa İttifaqının bütün dövlətlərindən qaz ödənişlərinin rubl ilə alınması ilə bağlı təkliflərini təqdim etməsi haqda verdiyi göstərişdən qaynaqlanır.
Putinin bu addımı Qərbin Moskvaya qarşı əsassız olaraq Ukraynaya müdaxiləsinə görə tətbiq etdiyi sanksiyalara cavab olaraq atılıb.
İqtisadiyyatı inkişaf etmiş ölkələrin Böyük Yeddilər qrupu Kremlin tələbini rədd etməyə razılaşıb və bunun “mövcud müqavilələrin birtərəfli və açıq şəkildə pozulması” olacağını bildirib.
Özü də Qərbin sanksiyalarına məruz qalan Peskov həmçinin deyib ki, Putin Rusiyanın mövcudluğuna qarşı hər hansı təhlükəyə cavab olaraq nüvə silahının mümkün istifadəsindən danışsa da, “heç kim nüvə silahından istifadə barədə, hətta bu ideya haqqında belə düşünmür”.
Bundan əlavə, Peskov jurnalistlər, tədqiqatçılar və sosial şəbəkələrin yaşayış binaları, ticarət mərkəzləri, xəstəxanalar və digər mülki hədəflərin geniş şəkildə dağıdılmasını göstərən çoxlu sübutlarına baxmayaraq qeyd edib ki, Rusiya ordusu Ukraynada müharibədə mülki insanları hədəf almır.