
Dünyada böhran baş alıb gedir
Böyük şirkətlərdə maliyyə itkisi kütləvi ixtisarlarla nəticələnir
Böyük şirkətlərdə maliyyə itkisi kütləvi ixtisarlarla nəticələnir
Milyarder Bezosdan bədbin proqnoz
Avrozona tarixində maksimum geriləmə
Beynəlxalq iqtisadiyyat dilemma ilə qarşı-qarşıyadır
ABŞ-da iyun ayında istehlak qiymətləri ötən illə müqayisədə 9,1 faiz bahalanıb
Dollar son iki onillikdə başqa valyutalarla müqayisədə özünün ən yüksək qiymət həddinə çatıb
Qoca qitənin valyutası son bir ildə 19 faiz ucuzlaşıb
Ümumdünya iqtisadi krizisin başlamasına bir neçə ay qalıb
Avropada aşağı inflyasiyanın «lokomotivi» qeyri-enerji məhsullarıdır
Ölkədə orta aylıq qazancın 65 faizə qədəri ərzağa xərclənir
Ticarət mərkəzi sentyabrın 15-dən sonra tam bağlana bilər
Ticarət mərkəzi sentyabrın 15-dən sonra tam bağlana bilər
“Bloomberg” yazır ki, qlobal ərzaq qiymətləri indeksi yarandığı tarixdən bəri özünün ən maksimuma çataraq tarixi rekord yaradıb.
Belə ki, 1990-cı ildə yaranan bu indeks 12,6 faiz artaraq 159,3 bəndə çatdı. Bu artım bitki yağları, taxıl və ət məhsulları indeksləri üçün bütün zamanların ən yüksək göstəriciləri oldu. Sonrakı yerlərdə şəkər və süd məhsulları gəlir.
FAO-nun (Food and Agriculture Organization – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) qiymət indeksləri mart ayında:
Taxıl Qiymətləri İndeksi 17,1 faiz aylıq artaraq 170,1 bənd təşkil etdi ( 1990-cı ildən bəri rekord).
Bitki Yağı Qiymətləri İndeksi aylıq 23,2 faiz artaraq 248,6 bəndlə yeni rekorda imza atıb.
Ət Qiymətləri İndeksi aylıq 4,8 faiz artaraq 120,0 bənd təşkil edərək, bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Süd Məhsullarının Qiymətləri İndeksi aylıq 2,6 faiz artaraq, illik müqayisədə 23,6 faiz artaraq 145,2 bənd təşkil edib. Beləliklə, indeks ardıcıl yeddinci ay yüksəlişini davam etdirdi.
Şəkər Qiyməti İndeksi mart ayında əvvəlki 3 aylıq enişi başa vuraraq, aylıq 6,7 faiz artaraq 117,9 bənd təşkil edib. İllik artım 20 faiz təşkil edib
Qiymət artımları hər məhsula görə müxtəlif səbəblər olsa da, ümumi səbəblər də yetərincədir. Məsələn, xüsusi hallar kimi Braziliya realının ABŞ dolları qarşısında möhkəmlənməsinin davam etməsi və aşağı gəlir səbəbindən ixracın məhdudlaşdırması şəkərin dünya qiymətlərindəki artıma səbəb olan amilləri göstərmək olar. Eləcə də qərbi Avropada donuzların artımının kəskin çatışmazlığı, qarşıdan gələn Pasxa bayramları səbəbindən daxili tələbatın kəskin artması 1995-ci ildən bəri ətin rekord səviyyədə artıran səbəblərdən biridir… Amma bir də var ki, ümumi səbəblər. Bura müharibədən əvvəlki inflyasiya tendensiyası, Qara dəniz regionundan gözlənilən ixrac itkisi və müharibə səbəbindən istehsal həcmlərinin kəskin azalmalarını aid etmək olar.