vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 27 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
Yeni böhran gəlir 12:02 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 4668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni böhran gəlir

Ümumdünya iqtisadi krizisin başlamasına bir neçə ay qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin sonunda dünya yeni qlobal iqtisadi böhranla üz-üzə qala bilər. Virtualaz.org xəbər verir ki, bu barədə «Bloomberg» agentliyinin ekspertləri bildirib.

Mütəxəssislərin iddiasına görə, iqtisadi böhranın başlaması üçün artıq bütün əlamətlər görünməkdədir. İyun ayında ABŞ-da kredit kartları üzrə borcların məbləği 1 trilyon dolları ötüb. Bu rəqəm 2008-ci ilin iqtisadi böhranından əvvəlki göstəricidən də böyükdür.

Məlumatda qeyd olunur ki, hazırda hər bir amerikalı ailənin banklara orta hesabla 100 min dollar borcu var. Bu kreditləri hər ay artan faizləri ilə birlikdə ödəmək isə çoxları üçün qeyri-mümkündür.

Sözügedən borclar ABŞ iqtisadiyyatına güclü təzyiq göstərir. Ev əşyalarının satış həcmi 10% azalıb. Son 10 ildə ilk dəfə mağazalarda orta çek məbləği aşağı düşüb. İpoteka və avtomobil kreditləri bazarında tənəzzül yaşanır.