
Neft ucuzxlaşıb
“OPEC+” qərarı qiymətlərə təsir edib
“OPEC+” qərarı qiymətlərə təsir edib
“Goldman Sachs” neft qiyməti proqnozunu saxlayıb
Sentyabrda günlük neft istehsalını 547 min barel artacaq
Trampın Rusiyanı təhdidi qiymətləri qaldırır
Tramp administrasiyasının Moskvanı sürətli atəşkəsə məcbur etməsi qara qızıl qiymətlərini yüksəltdi
Ticarət razılaşması qlobal bazarı canlandırdı
Ticarət danışıqları ilə qiymətlər yüksəlişdə
Bunun bir çox səbəbi var
Ticarət danışıqları, tarif razılaşmaları və Pekinlə neft müzakirələri bazarda canlanma yaradıb
“Azeri Light” isə 78 dollara yaxınlaşdı
18-ci paket Hindistan mərkəzli “Nayara Energy” şirkətini hədəfə aldı
ABŞ göstəriciləri risk iştahasını artırıb
İraqdakı PUA hücum ilə körfəzdəki qaçaqmalçılıq arasında bağlantı varmı?
Tələbat qiymətlərə təsir edib
“OPEC”in neft hesabatında nə yenilik var?
Qiymətləri stok artımı və tarif narahatlıqları fonunda sabit qalır
Avqustun 5-də Cenevrədə təbiətə təsiri artan plastik tullantılarla bağlı yeni beynəlxalq razılaşmanın müzakirəsi başlayır. “INC 5.2” adlı sessiyada nümayəndələr ötən il nəticəsiz qalan danışıqlardakı anlaşılmazlığı aradan qaldırmağa çalışacaq.
İki həftə davam edəcək bu müzakirələr zamanı dövlət nümayəndələri plastik çirklənməsinə qarşı hüquqi baxımdan məcburi beynəlxalq razılaşma üçün bir çox əsas məsələlərdə ortaq məxrəcə gəlməlidirlər.
Keçən ilin dekabr ayında Cənubi Koreyanın Pusan şəhərində keçirilən əvvəlki görüş nəticəsiz başa çatmışdı. İndi isə böyüyən plastik böhranı və bunun ətraf mühitə və insan sağlamlığına ciddi təsirləri haqqında artan məlumatlar razılaşma üçün təzyiqləri artırır.
Ötən ay BMT-nin Okean Konfransında 95-dən çox ölkənin nazirləri və nümayəndələri “Oyanış çağırışı” adlı sənədi imzalayıblar. Bu sənəddə plastik istehsalının və zərərli kimyəvi maddələrin mərhələli şəkildə azaldılmasını ehtiva edən ciddi tədbirlər tələb olunub.
Bu həftənin əvvəlində dünyanın 60-dan çox aparıcı alimi hökumətləri iddialı və tətbiq edilə bilən bir razılaşma üzərində bir araya gəlməyə çağırıb. Tələb budur ki, bu razılaşma yalnız plastik tullantılarla deyil, həm də plastikin istehsaldan son istifadəyə qədər olan bütün dövrü ilə məşğul olmalıdır.
“Revolution Plastics Institute” direktoru və “Cambridge Prisms” jurnalının baş redaktoru professor Stiv Fleçer bildirib: “Bu, sadəcə bir çağırış deyil, bu elmi ictimaiyyətin şahidliyidir. On illərdir sübutlar toplanır. Bu razılaşma dünyanın plastikləri böhranın miqyasına və vacibliyinə uyğun şəkildə cavab verməyə hazır olub-olmadığını göstərəcək”.
“Greenpeace” təşkilatı bu həftə dərc etdiyi ayrı bir hesabatda liderlərin sənaye lobbiçiləri və qeyri-qətiyyətli ölkələr kimi maneələrlə üzləşdiyini vurğulayıb.
Alimlər bildirirlər ki, “INC 5.2” sessiyası plastik çirklənməni bütün həyat dövrü ilə birlikdə əhatə edən məcburi razılaşma üçün ən böyük imkandır. Lakin bəzi böyük neft hasilatçısı ölkələr yalnız plastik tullantılara diqqət yetirmək istəyir və son məhsul üzərində fokuslandıqda plastik istehsalını məhdudlaşdırmağa ehtiyac olmadığını iddia edirlər.
Amma yayımlanan açıq məktublarda danışıqlarda plastik istehsalının məhdudlaşdırılması və azaldılması ilə yanaşı, bütün təchizat zəncirini əhatə edən sübuta əsaslanan yol xəritəsi təqdim olunur. Artıq mikro və nanoplastiklərin beyin, ana südü də daxil olmaqla, insan bədəninin hər yerinə sızdığı aşkarlanıb və bu səbəbdən qlobal səviyyədə sağlamlıq zəmanətləri tələb olunur.
“Portsmouth Universiteti”ndən doktor Kressida Bouyer, “Plastikin insan sağlamlığı üçün ciddi risklər yaratdığına dair açıq və artmaqda olan sübutlar var. Lakin razılaşmada sağlamlığın qorunmasına dair yanaşma hələ də qeyri-müəyyəndir”, – deyib. O, hesab edir ki, sənədin əsas öhdəlikləri insan sağlamlığına təsirləri də əhatə etməlidir.
Bəzi ekspertlər isə bu razılaşmaya ticarətin də daxil edilməsini təklif edir. Beynəlxalq Ətraf Mühit Hüququ Mərkəzinə (CIEL) görə, plastikin 99%-i fosil yanacaqlardan əldə olunur və o, dünya üzrə daşınan məhsul kimi iqtisadi dövriyyənin bir hissəsidir.
ABŞ-dakı “Northeastern” Universitetindən professor Mariya İvanova bildirib: “Qlobal Plastik Razılaşmasının təsirli olması üçün plastik iqtisadiyyatının real strukturunu, yəni ticarətin bağlayıcı toxumasını nəzərə almalıdır. Ticarət transformasiyanın aləti olaraq yenidən dizayn edilməlidir. Əgər ticarət plastik böhranın əsas toxumasıdırsa, o zaman müalicənin də bir hissəsi olmalıdır”.
Onun sözlərinə görə, əgər həqiqətən “ekoloji cəhətdən iddialı və struktur baxımından güclü” bir plan hazırlanacaqsa, bu zaman şirkət lobbiçiliyi və yaşıl yalançılıq prosesdən uzaq tutulmalıdır.
“CIEL”in məlumatına görə, keçən ilin dekabrında Pusanda keçirilən beşinci danışıqlarda 220 fosil yanacaq lobbiçisi iştirak edib. Bu rəqəm lobbiçiləri danışıqlardakı ən böyük nümayəndə heyəti halına gətirib. Bu say Avropa İttifaqı və üzv ölkələrinin toplam nümayəndələrinin və “Effektiv Plastik Razılaşması üçün Alimlər Koalisiyası”nın heyətindən çox olub.
“Greenpeace UK” tərəfindən yayımlanan yeni hesabat göstərir ki, dünyada ən böyük petrokimya şirkətlərindən bəzilərinin taktikaları səbəbindən Qlobal Plastik Razılaşması təhlükə altındadır.
Hesabatda iddia olunur ki, bu şirkətlər bir tərəfdən plastik istehsalının azaldılmasına qarşı sistemli lobbiçilik aparır, digər tərəfdən isə böyüyən plastik sənayesindən böyük qazanc əldə edir. 2022-ci ilin noyabrında danışıqlar başladıqdan bəri “Dow”, “ExxonMobil”, “BASF”, “Chevron Phillips”, “Shell”, “SABIC” və “INEOS” şirkətlərinin danışıqlara 70 lobbiçi göndərdiyi qeyd edilir.
“Greenpeace” bildirir ki, bu lobbiçilər danışıqların zəifləməsi və diqqətin kimyəvi geri dönüşüm kimi yanlış həllərə yönəlməsi üçün çalışırlar.
Danışıqlardan uzaqda isə həmin şirkətlər plastik istehsalını artırır. “Greenpeace”in hesablamasına görə, danışıqlar başladıqdan bəri yalnız yeddi şirkət 6,3 milyon zibil maşını dolusu plastik istehsal edib. Bu, hər dəqiqə beş yarım zibil maşını deməkdir.
Hesabatın müəllifi və “Greenpeace UK”in baş plastik kampaniyacısı Anna Diski deyib: “Araşdırmamız göstərir ki, əhəmiyyətli tənzimləmədən ən çox zərər görəcək olanlar onu əngəlləmək üçün ən çox çalışanlardır. Plastik çirklənməsindən qazanc götürən şirkətlərin bu qaydaları yazmasına icazə verə bilmərik. Əks halda dişsiz bir razılaşma ilə üz-üzə qalarıq. İndi lobbiçiləri danışıqlardan uzaqlaşdırmaq və BMT üzv ölkələrinin güclü razılaşmanı müdafiə etmə vaxtıdır”.
Professor Fleçer sonda deyib: “Elmi konsensus aydındır. Yeganə sual odur ki, hökumətlər buna cavab verəcəkmi? Bu razılaşma dönüş yarada bilər, amma yalnız o halda ki, könüllü öhdəliklərdən və texnoloji cəhdlərin tələlərindən uzaq dayansın. Bu, cəsarətli addım atmaq üçün dünyanın son şansıdır”.