Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
10:27 | 9 aprel 2022 | Şənbə
Məqaləyə 1134 dəfə baxılıb
Şriftin ölçüsü
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Polşanın ÜDM-si trilyon dolları aşdı
Rusiya Xarici İşlər Nazirliyi Polşanın Moskvadakı səfirliyinin, İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı baş konsulluğunun 45 əməkdaşının ölkədən çıxarıldığını bildirib. “Persona non-grata” elan edilən diplomatlar aprelin 13-nə qədər Rusiyanı tərk etməlidirlər.
Görülən tədbirlər Moskvanın Varşavanın bənzər hərəkətlərinə cavabıdır. Rusiya Xarici İşlər Nazirliyində Polşa səfiri Kşiştof Krayevskiyə 45 rusiyalı diplomatın “persona non-grata” elan edilməsi ilə bağlı etiraz bildirilib.
“Səfirə bildirilib ki, biz bu addımı Varşavanın ikitərəfli münasibətləri birdəfəlik məhv etmək niyyətinin təsdiqi kimi qiymətləndiririk. Bunun üçün məsuliyyət tamamilə Polşa tərəfinin üzərinə düşür” - deyə, nazirlik bildirib.
Martın 23-də Polşanın Daxili Təhlükəsizlik Agentliyi ya Rusiya kəşfiyyat xidmətlərində işlədiyinə ya da onlarla əlaqəsi olduğuna inandığı 45 rusiyalı diplomatın siyahısını tərtib etdiyini açıqlayıb. Daxili Təhlükəsizlik Agentliyinin başçısı onların ölkədən çıxarılmasını tələb edib.
Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. O, casusluq ittihamı ilə 45 diplomatın ölkədən çıxarılması tələbi ilə nota aldığını təsdiqləyib.