Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
17:19 | 12 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 648 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Bu gün Ermənistan parlamentinin iclasında müxalifət təmsilçiləri tribunaya Qarabağ ermənilərinin bayrağını çıxarıb. Bu həftə parlamentin iclasında iştirak etməyəcəklərini bildirən müxalifət təmsilçiləri zalı tərk edib və Qarabağa yola düşdüklərini bəyan ediblər.
Müxalifətin parlamentdə təmsil olunan “Ermənistan” və “Şərəfim var” bloklarının liderləri bəllidir. Robert Köşəryan və Serj Sərkisyan. Doğrudur onların arasında müəyyən fikir ayrılığı olduğu məlumdur. Amma onları birləşdirən ciddi faktorlar var. Onların hər ikisinin Qarabağlı olması əsas şərt deyil. Əsas şərt onların hər ikisinin Rusiyanın təsir dairəsində olduqlarıdır.
Brüssel görüşündən sonra Rusiyanın oyundan kənar qalması faktdır. Amma Kreml bu situasiya ilə barışmaq istəmir. Öz maraqlarını təmin etmək üçün sözsüz ki, Moskvanın sınanmış üsulu regionda gərginliyi artırmaqdır.
Brüssel görüşünün səhəri gün Qarabağda erməni yaraqlısının Azərbaycan Silahlı Qüvvələrinin karvanı qarşısına çıxması və hətta havaya atəş açması sıradan bir insident deyildi. Nəzərə alsaq ki, bu insident Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarının gözü qarşısında baş verib və rus əsgərləri buna ancaq gülüşlə reaksiya veriblər insidentin haradan qaynaqlandığı bəlli olur.
Bunun ardınca isə Fərrux kəndində evlərin damından Rusiya bayrağının asılması xəbəri gəldi. Bəzi Rusiya meylli erməni politoloqları Qarabağ ermənilərinin xilası üçün Qarabağın Rusiyanın prefekturası olması ideyasını ortaya atması da təsadüf deyildi.
Ermənistanın xarici işlər nazirini Moskvaya çağırmaq, Paşinyanın yaxın günlərdə Rusiyaya səfər edəcəyi barədə xəbərləri hamı bilir. Rəsmi Moskva Ermənistanın Qərbə meyllənməsini aydın sezir. Bunun qarşısını almaq üçün Ermənistan ordusuna yardımlar ediləcəyi barədə jestləri də var. Amma Kremldə anlayırlar ki, nə qədər Paşinyan Ermənistanın sükanı arxasındadır Qərbmeyilli siyasətin qarşısını almaq mümkün olmayacaq. Paşinyana ən ciddi təsir mexanizmi isə Azərbaycanın atacağı addımlar ola bilər.
Son provokativ addımlardan sonra Azərbaycan təmkinini qorumağı bacarır. Hələlik baş verənləri təmkinlə izləyir. Bu təmkin Rusiyanı bir qədər də aqressivləşdirir.
Ermənistan parlamentinin son iclasında müxalifətin demarşı da məhz bu aqressivlikdən doğan növbəti addımların təzahürüdür.
İpi Rusiyanın əlində olan müxalifət Qarabağa səfər edəcəyini bəyan edib.
Rəsmi Bakı dəfələrlə Ermənistan rəsmilərinin Qarabağa səfərlərinə etirazlarını bildirib. Amma bu etirazlar adətən fakt baş verdikdən sonra səslənib. Azərbaycan bu məsələdə Rusiya sülhməramlılarını günahlandırır. Və bu təbiidir. Çünki Ermənistan Rəsmiləri Qarabağa teleportatsiya ilə yox, Laçın dəhlizi ilə gəlir. Laçın dəhlizinin açarı isə Rusiya sülhməramlılarının əlindədir.
Ermənistan müxalifəti Qarabağa gələcəyini bəyan edib. Bununla onlar həm Paşinyana, həm də Azərbaycana sanki meydan oxuyur. Amma əslində meydan oxuyan Ermənistan müxalifəti yox, Rusiyadır.
Yaxşı olardı ki, fakt baş verməzdən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Rusiyaya xəbərdarlıq bəyanatı versin və məsuliyyətin kimin üzərində olduğunu əvvəlcədən bəyan etsin.