Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
09:07 | 26 aprel 2022 | Çərşənbə axşamı
Məqaləyə 760 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
Dünyanın ən zəngin adamı olan İlon Mask “Twitter” sosial şəbəkəsinə malik şirkəti alıb. O aprelin 25-də bu barədə razılaşma əldə olunduğunu yazıb. “Twitter” korporasiyası da bu xəbəri təsdiq edib. Şirkətin Maska 44 milyard dollara satıldığı xəbər verilir. Direktorlar şurası bu barədə qərarı yekdilliklə qəbul edib.
Alqı-satqı aktının 2022-ci ilin sonunadək yekunlaşdırılacağı gözlənilir. Bu razılaşma haqqında elə “Twitter”də yazan Mask bildirir ki, onun hətta “ən qatı düşmənləri” belə bu sosial şəbəkənin iştirakçısı olaraq qalacaqlar, çünki “söz azadlığı elə bu deməkdir”.
Amerika istifadəçilərinin bir qismi bu sövdələşməyə qarşı çıxır və Maskı tənqid edirdilər. Onlar bildirirdilər ki, sosial şəbəkənin bir nəfər tərəfindən alınması onun platformasında müxtəlif ictimai və siyasi qruplara qarşı nifrətin qızışdırılmasına meydan açacaq.
Aprelin 4-də xəbər verilmişdi ki, Mask “Twitter”ə aid səhmlərin onda birini alaraq şirkətin ən böyük səhmdarına çevrilib. Elə həmin gün “Twitter” səhmlərinin qiyməti 9.2 faiz artmışdı.