Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:48 | 29 aprel 2022 | Cümə
Məqaləyə 1360 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Ukraynaya təcavüzünə görə qoyulan sanksiyaların satışı azaltmasına baxmayaraq, Moskva Avropanın onun neftindən enerji asılılığından qazanmaqdadır. Finlandiyada yerləşən Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) aprelin 28-də yaydığı tədqiqatda belə deyilir.
Araşdırmaya görə, Ukraynaya qarşı iki aydır davam edən müharibə zamanı Rusiya Avropa İttifaqına (Aİ) yanacaq satışından gəlirlərini iki dəfəyədək artırıb.
Sanksiyaların Rusiyanın satışında səbəb olduğu itkini qiymətlərin artması kompensasiya edib.
Tədqiqatçılar deyirlər ki, yeni sanksiyalar qiymətlərin daha da qalxacağını vəd edir, Rusiya Prezidenti Vladimir Putinin enerjidən Aİ-yə qarşı təzyiq kimi yararlanma, Ukrayna müharibəsini maliyyələşdirmə cəhdlərini boşa çıxarır.
Müharibə başlayandan Rusiya Aİ-yə 46 milyard dollarlıq enerji resursu satıb və bu rəqəm artmaqdadır. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə satışın dəyərində iki dəfəyədək artım deməkdir, hesabatda belə deyilir.
Satış həcmində azalmaya baxmayaraq, neftin bahalanması fevralın 24-də Ukraynanın işğalı başlayandan Moskvaya gəmilər və kəmərlərlə ixrac olunan enerjidən 63 milyard avroluq (66 milyard dollar) gəlir gətirib.
***
Aİ-nin Rusiyadan idxal etdiyi neft 20, kömür isə 40 faiz azalıb. Ancaq qaz idxalı artıb və Almaniya əsas alıcı olaraq qalır. Müharibənin iki ayı ərzində Almaniya 9 milyard avroluq enerji məhsulu idxal edib.
CREA-nın aparıcı təhlilçisi Lauri Millivirta deyib ki, davam edən enerji ixracı “sanksiyalarda böyük dəlik yaradır” və Rusiyadan enerji alan ölkələrin hamısı “Rusiya ordusunun törətdiyi nəhəng beynəlxalq qanun pozuntularına əlbir olur”.
Onun fikrincə, müharibəni dayandırmağın yeganə yolu Rusiyanın enerji daşıyıcılarından çevik və tam imtina olacaq.
Avropa Parlamentinin martda qəbul etdiyi qətnamədə Rusiya enerjisinə embarqoya çağırış edilirdi. Ancaq indiyədək Avropa İttifaqı yalnız bir embarqonu müzakirə edib, avqustdan Rusiyadan kömür idxalına qadağa qoyub.
***
Rusiyanın “Gazprom” enerji nəhəngi ötən il təmiz gəlirinin artdığını açıqlayıb, bunu enerji qiymətlərinin yüksəlməsi ilə izah edib. Şirkət 2021-ci ildə 2.09 trilyon rubl (29 milyard dollar) təmiz gəlir əldə etdiyini bildirib. Bir il öncə bu rəqəm 135 milyard rubl idi. 2020-ci ildə qlobal pandemiya və enerji qiymətlərinin düşməsi gəlirləri azaltmışdı.
İqtisadiyyatlar COVİD-19 qapanmalarından çıxandan sonra dünyada enerji bahalanmağa başlayıb. Rusiyanın Ukraynaya hərbi təcavüzü isə qiymətləri daha da yüksəldib.
“Gazprom” bu il qaz istehsalında 4 faiz azalma proqnozlaşdırır. Bu, Qərbin sanksiyalarının təsiri ilə izah olunur.
Şirkət aprelin 27-də Aİ üzvləri Polşa və Bolqarıstana qaz tədarükünün dayandırdığını açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin qaz üçün rublla ödəniş tələb etsə də, həmin ölkələrin buna əməl etmədiyi bildirilir.
Putin Qərbin iqtisadi sanksiyalarına cavab olaraq belə bir tələb irəli sürüb.