
Bir aşağı, bir yuxarı
Neft qiymətlərində gözlər OPEC+ toplantısına zillənib
Neft qiymətlərində gözlər OPEC+ toplantısına zillənib
Neft buruqlarının üzü “OPEC+” tərəfədir
OPEC+ həftə sonu görüşəcək
“OPEC+”un qərarı qiymətlərə təsir edir
Neft son iki ilin ən böyük həftəlik enişinə doğru gedir
Qara qızıl ABŞ-dan tələbin artmasına və atəşkəslə bağlı narahatlıqlara görə yüksəlir
Qara qızılın qyməti atəşkəs xəbərləri ilə 4 faiz düşdü
“Neftin qiymətini artırmayın, hamınızı izləyirik”
Bazar qoxunu həmən hiss edir
İranın boş əraziyə raket atması neft qiymətlərinə mənfi təsir etdi
Trampdan neft çağırışı
Asiyada LNG qiymətləri son 4 ayın ən yüksək səviyyəsinə çatıb
ABŞ-ın İranın nüvə obyektlərini vurmasından sonra birjalar şökür
“JPMorgan” İran rejimiylə əlaqədar neft qiymətləri ilə bağlı xəbərdarlıq edib
Hörmüz boğazında ABŞ-İran gərginliyi
Qiymətin 110 dollara çata biləcəyi barədə xəbərdarlıq
1870-ci ildə Tiflisdə Qafqaz Statistika Komitəsi tərəfindən “Rusiya İmperiyası yaşayış məntəqələrinin siyahısı” toplumunun “Bakı quberniyası” bölməsi 1859-1864-cü illərdə aparılmış tədqiqatların yekunu olaraq 275 səhifəlik kitab şəklində dərc edilir.
Bakı quberniyası 6 dekabr 1859-cu ildə yaradılıb. Neft amilinə görə əvvəl-axır yaranacaqdı, amma o zaman quberniya mərkəzi olan Şamaxının zəlzələ nəticəsində dəhşətli dağıntıya məruz qalması seysmik sakit zonada yerləşən Bakını birdən birə siyasi və daha sonra iqtisadi mərkəzə çevirir.
Bakı ətrafı kəndlərlə bağlı məlumata baxanda gördüm ki, indiki Balaxanı o zaman Bala-xanə kimi qeyd olunub. Eləcədə də Sura-xanə.
Abşeronda 1859-da 215 neft quyusunun olduğu göstərilir (148-i Bala-xanədəymış) - illik hasilat 334.9 min pud (təqribən 5,4 min ton), 1868-də isə 576.5 min pud olub.
Quyuların məhsuldarlığı çox fərqli imiş: yenu quyuların ən 5 məhsuldarı günə 600 puda yaxın neft veridiyi halda köhnəlmiş quyulardan cəmi 5 pud neft çıxarılırmış.
Maraqlı məsələ neftin ticarətiydi. Xam neftə o zaman sənədləşmədə qara neft deyirdilər, onun 1 pudunu (16 kq) 45 qəpiyə alırlarmış, ağ neft adıyla isə o dövrün əsas neft məhsulu - kerosin (işıq lampalarının yanacağı) 2 rubla təklif olunurmuş bazarda.
Sura-xanədə 18 quyudan rəngi sarıya çalan neft çıxırmış. O neft keyfiyyətli hesab edildiyindən ən azı 2 rubla satılırmış, ona görə də onu Abşeron emal zavodları almırlarmış və o tamamilə ixrac edilirmiş. Ondan dərman hazırlayırlarmış.
19-cu əsrin 60-cı illərinin əvvəlində Abşeronda 23 neftayırma zavodu olub - ikisi Suraxanıda, 21-i “Qara şəhərdə” (biz iqtisadi tarix yarada bilmirik, indiki Ağ Şəhərin N qədər meydanlarının birində neft emalı tariximizə dair bir monument ucalda bilərdik). Zavodların əksəriyyətinin emal qabiliyyəti aşağı olub - 100-120 pud.
Kitabda neftin nəqlinə də yer ayrılıb. Xam neft gölməcələrə yığılar, sonra onu taxta çəlləklərlə neftayırma zavodlarına əsasən atlarla daşıyarlarmış. Amma kerosini çəlləyə doldurub alıcılara çatdıranda həmişə itkilər yaranırmış. Xam neft ağır olduğundan onu daşıyan zaman itki az olurdu, amma neft məhsulu duru idi və hərəkət zamanı çəlləkdən axırdı. Sonradan kimyaçılar çəlləklərin içərisinin yapışqanla izolə edilməsini təklif etdilər… bundan sonra hasil edilən neftdə itkinin çox hissəsi gölməçələrdə yaranırdı (bir hissəsi torpağa sızırdı).