Paşinyandan separatçılara ağır zərbə
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
10:23 | 18 may 2022 | Çərşənbə
Məqaləyə 1080 dəfə baxılıb
Şriftin ölçüsü
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Ermənistan hakimiyyətinin ən yüksək vəzifəli şəxslərindən biri, Milli Məclisin spikeri Alen Simonyan müsahibəsində Dağlıq Qarabağın gələcək statusu barədə danışıb.
Simonyan erməni tərəfinin bu məsələni Ermənistan-Azərbaycan danışıqlarında qaldırıb-qaldırmayacağı barədə heç nə deməyib. Simonyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalıb-qalmayacağı məsələsinə də aydınlıq gətirməyib.
Azərbaycan tərəfi bildirir ki, Bakının sülh müqaviləsi ilə bağlı 5 bənddən ibarət təklifə Ermənistanın 6 təklifini əslində təklif kimi qiymətləndirmək olmaz.
Ermənistan müxalifəti Nikol Paşinyanın hökumətini sözü gedən 6 təklifdə Dağlıq Qarabağın statusu barədə dəqiq fikir bildirilməməsində ittiham edir.
Son günlər Nikol Paşinyanın istefasını tələb edən müxalifət, hökuməti Qarabağı Azərbaycana “təhvil verməkdə” ittiham edir.
Alen Simonyan deyib ki, Azərbaycanın təklifində nələrsə Ermənistanın xoşuna, Ermənistanın təkliflərində nələrsə Azərbaycanın xoşuna gəlməyə bilər.
Simonyan “Qarabağı Azərbaycanın tərkibində görürmü” sualına belə cavab verib:
“Qanunvericilik orqanının rəhbəri kimi mən danışıqlar prosesinin iştirakçısı deyiləm və bu barədə irəlicədən heç nə deyə bilmərəm. Bu suala xarici işlər naziri, hökumətin başçısı nəsə deyə bilər. Əgər mən indi bu barədə nəsə desəm, bu, danışıqlar prosesinə müdaxilə olacaq. Mənim bu prosesə qarışmaq ixtiyarım yoxdur”.
Alen Simonyan danışıqların təfərrüatları barədə məlumat verməkdən imtina edib.
***
Simonyan Ermənistan tərəfi Qarabağ məsələsinin millətlərin öz müqəddaratını müəyyən etməsi şəklində niyə qoymayıb sualının cavabında Simonyan deyib: “Ermənistanın təklifi elə status məsələsidir. Amma Ermənistanın status məsələsi barədə təklifi müzakirə mövzusudur. Burada sirr kimi saxlanan heç nə yoxdur. Danışıqlar vaxtı hər hansı nüans bir saat ərzində dəyişə bilər. Çox vaxt belə olur ki, Azərbaycan tərəfindən sənəd daxil olur. Biz bəzən bir sözü bir həftə müzakirə edə və dəyişikliyə çalışa bilərik. Amma müxalifət deyir ki, “elə indi və birbaşa mətnlə verin”. Belə olmur, axı”.
Alen Simonyan Dağlıq Qarabağ erməniləri üçün konkret olaraq hər hansı muxtariyyət barədə suala cavab verib: “Baş nazirin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi bu suallara artıq cavab verib. Daha doğrusu o baş nazirin belə bir mülahizəsini diqqətə çatdırıb ki, status məsələsi insan haqlarından irəli gəlir. Biz bunun əksini etmirik. Biz eyni şeyi nə qədər təkrar etsək də, nə qədər izah etsək də, qarşı tərəfdən tənqid səslənəcək. Amma onlar heç bir təklif vermirlər. Bu gün müxalifət nə təklif edir? Heç nə!”
Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası komissiyası barədə indiyədək məlumat verilməyib. Halbuki belə bir komissiyanın yaradılması aprelin sonlarına nəzərdə tutulmuşdu.
Alen Simonyan deyib ki, birgə komissiya barəsində məlumatlar yaxın günlərdə veriləcək: “Bu yaxınlarda biləcəyilk. Bəli komissiya işləyəcək. Amma bu prosesinin texniki problemləri də var. Baş nazir səfər edib və prezident Putinlə göz-gözə görüşüb. Bütün bunlar vaxt qrafikini dəyişə bilər”.