
“Uşaqları aldadırlar”
“META” və “Character.AI” kommersiya dələduzluğunda ittiham olunur
“META” və “Character.AI” kommersiya dələduzluğunda ittiham olunur
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb
Sel ABŞ-da vəziyyəti getdikcə ağırlaşdırır
Sorosun “Mavi Texas” hərəkatı demokratları gücləndirmək məqsədi daşıyır
Göldən 19 cəsəd çıxarılıb
“Meta” Texasda biometrik məlumatlarla bağlı fantastik məbləğdə cərimə ödəyəcək
ABŞ-da H5N1 virusuna yoluxan ikinci şəxs karantinə alınıb
Yük maşınında ən azı 46 nəfər ölü tapılıb
Həftə sonu yüzlərlə amerikalı atəşə məruz qalıb, azı 2 polis yaralanıb
Bu il ABŞ-da ən azı 240 kütləvi atışma baş verib
16-cı Fransis silah satışlarına ciddi nəzarət edilməsinə çağırıb
Harvinin vurduğu zərər 180 milyard dollar təşkil edə bilər
«Qasırğanın bu qədər pis olacağını gözləmirdik»
Hyuston daşqını - kimyəvi zavodda nə baş verib?
Qasırğa 9 nəfərin həyatına son qoyub
ABŞ-ın Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbə silahlı hücumda 19-u uşaq olmaqla 21 nəfər öldürülüb. Şübhəlinin hadisə yerində polis tərəfindən zərərsizləşdiyi xəbər verilir.
İnsident mayın 24-də axşam baş verib. Ştatın qubernatoru Qreq Ebbotun sözlərinə görə, silahlı binaya daxil olaraq atəş açmağa başlayıb.
Məktəbdə 7-10 yaşlı uşaqlar təhsil alır. Şübhəlinin 18 yaşı olub.
Azı 15 nəfərin xəsarət aldığı bildirilir.
Silahlının Yuvalde sakini Salvador Ramos olduğu müəyyənləşdirilib. İlkin məlumata görə, o, təkbaşına hərəkət edib. Hücumun motivləri bəlli deyil.
“The Texas Tribune” yazır ki, şəhər sakinləri və məktəbdə təhsil alanların əksəriyyəti ispan mənşəli, şagirdlərin çoxu aztəminatlı ailələrdəndir.
Bu hadisə ştat tarixinə ən çox qurbanla nəticələnmiş hücum kimi düşüb. 1966-cı ildə Ostindəki Texas universitetində silahlı 16 nəfərin həyatına son qoyub. 2018-ci ildə isə Santa Fedə orta məktəbdə atışmada 10 nəfər öldürülüb.