
Papa XIV Leo and içdi
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
ABŞ Papasının gələcəyi bu üç mesajda gizlidir
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Roma Papası 16-cı Fransis çərşənbə günü bildirib ki, Texas məktəbində azı 19 uşağın və 2 müəllimin ölümü ilə nəticələnən hücum onun “ürəyini ağrıdıb”. Roma Papası silahlara daha çox nəzarət edilməsinə çağırıb.
ABŞ-da baş verən son on ilin ən ağır hücumdan bir gün sonra, Papanın həftəlik ümumi çıxışı üçün Müqəddəs Pyotr Meydanında toplaşanlar onun müraciətini alqışlayıb.
“Texas ştatında ibtidai məktəbdə törədilən qətliamdan ürəyim ağrıdı. Öldürülən uşaqlar, böyüklər və onların ailələri üçün dua edirəm”, - Fransis Texasın Uvalde şəhərində baş verən silahlı hücumla ilə bağlı deyib.
“Silahların fərq qoymadan alqı-satqısına “bəsdir” deməyin vaxtıdır. Gəlin hamımız bir öhdəliyi götürək ki, bu cür faciələr bir daha təkrarlanmasın”, o deyib.
Hücumdan bir neçə saat sonra nəzərəçarpacaq şəkildə sarsılmış prezident Co Bayden amerikalıları sərt odlu silah təhlükəsizliyi qanunlarının qəbuluna mane olmaqda günahlandırdığı siyasi cəhətdən güclü silah lobbisinə qarşı durmağa çağırıb.
Fransis tez-tez silah sənayesi ilə bağlı danışıb. 2015-ci ildə o, silah istehsal edən və ya silah sənayesinə sərmayə qoyan insanların özlərini xristian adlandırdıqları üçün onları ikiüzlü olduqlarını deyib.
Texasdakı hücum Uvalde şəhərində baş verib. Rəsmilərin dediyinə görə, 18 yaşlı silahlı şəxs ilk öncə nənəsini güllələyib, daha sonra sürdüyü maşını məktəb yaxınlığında divara çırpıb, daha sonra məktəbə daxil olaraq oradakı insanları güllələyib. Silahlı şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.