Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:42 | 25 may 2022 | Çərşənbə
Məqaləyə 1051 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ukrayna xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı başqa hökumətləri Ukraynanın Rusiya qüvvələrinə qarşı mübarizəsinə yardım etmək üçün daha çox silah göndərməyə çağırıb.
“Ukraynanın ehtiyac duyduğu bütün silahlara sahib olduğu qənaətinə gəlmək üçün hələ tezdir,” Kuleba çərşənbə axşamı “Twitter”də yazıb. “Rusiyanın Donbasa hücumu amansız döyüş, İkinci Dünya Müharibəsindən sonra Avropa torpağında ən böyük döyüşdür. Mən tərəfdaşları silah və sursat, xüsusilə də MLRS, uzun mənzilli artilleriya, APC-lərin çatdırılmalarını sürətləndirməyə çağırıram,” o deyib.
Britaniyanın müdafiə naziri çərşənbə axşamı deyib ki, Rusiya qüvvələri Ukraynanın şərqində Donbas regionunda əməliyyatlarının şiddətini artırıblar və Severodonetsk daxil olmaqla bir neçə şəhəri mühasirə etməyə çalışırlar.
“Rusiyanın Severodonetski ələ keçirməsi ilə bütün Luqansk vilayəti Rusiyanın işğalı altına keçəcək. Rusiyanın hazırda əsas hədəfi bu olsa da, bu əməliyyat Rusiyanın Donbası ələ keçirmək kampaniyasının sadəcə bir hissəsidir.”
Kulebanın daha çox hərbi dəstək çağırışı ABŞ müdafiə naziri Lloyd Ostin təqribən 20 ölkənin Ukraynaya yeni təhlükəsizlik yardımı paketi göndərdiyini açıqlamasından bir gün sonraya təsadüf edib.
“Bir çox ölkə kritik ehtiyacın olduğu artilleriya sursatları, sahil müdafiə sistemləri, tanklar və başqa zirehli maşınlar ianə edir. Digər ölkələr isə Ukrayna qüvvələrinə təlim keçməyə və hərbi sistemlərini dəstəkləməyə dair yeni vədlər ediblər”, Ostin Pentaqonda Ukrayna Müdafiə Əlaqə Qrupu ilə ikinci görüşdən sonra müxbirlərə deyib.
Danimarka Ukrayna qüvvələrini Harpun raketləri və raketatan qurğularla təmin edəcəyini deyib, Çex Respublikası ilə hücum helikopterləri, tanklar və raket sistemləri verib.
ABŞ-ın baş ordu zabiti, Birləşmiş Qərargah Rəislərinin sədri general Mark Millinin bildirdiyinə görə, bazar ertəsi keçirilən görüşdə virtual olaraq 47 ölkə iştirak edib. Yeni iştirakçılar arasında Avstriya, Kolumbiya və İrlandiya olub.
Qrupun növbəti iclası iyunun 15-də Brüsseldə keçiriləcək.
“Burada hər kəs bu müharibənin fəsadlarını başa düşür, və onlar Avropadan çox-çox uzaqlara yayılır,” Ostin deyib.
ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı Yaponiya, Hindistan, Avstraliya liderləri ilə görüş zamanı onlara deyib ki, Ukrayna münaqişəsi “təkcə Avropa məsələsi deyil, bütün dünyanın məsələsidir.”
Bayden münaqişənin genişmiqyaslı fəsadlarını, o cümlədən qlobal ərzaq tədarükünə təsirinə istinad edərək, ABŞ-ın davamlı dəstəyini vəd edib və deyib ki, “nə qədər ki, Rusiya müharibəni davam etdirsə, Birləşmiş Ştatlar qlobal cavab vermək üçün tərəfdaşlarımızla işləyəcək, çünki bu, dünyanın bütün hissələrinə təsir edəcək.”
Finlandiyanın xarici işlər naziri Pekka Haavista deyib ki, Finlandiya və İsveç Türkiyə rəsmiləri ilə NATO hərbi ittifaqa müraciətləri ilə bağlı danışıqlar aparmaq üçün çərşənbə günü Ankaraya nümayəndə heyəti göndərir.