Heqsetdən Avropa ilə bağlı gözlənilməz addım
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
12:48 | 12 mart 2014 | Çərşənbə
Məqaləyə 1914 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ-nin NATO ilə bağlı sərt “seçimlər” gündəmdə – Avropa ölkəsi alyansdan çıxarıla bilər
Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü
Trampdan NATO və Roma Papası barədə sərt sözlər
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Ramiz Mehdiyevin atası da vətənə xəyanətdə şübhəli bilinirmiş
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
“Boz kardinal”a sitayiş edənlərin siyahısı
Prezident Ramiz Mehdiyevi yüksək qurumdan çıxardı
Ramiz Mehdiyevin ailə üzvlərinə məhdudiyyət qoyulub
Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub; cinayət işinin detalları
«Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvüdür. Ermənistanı çıxmaq şərtilə, Azərbaycanın bütün MDB dövlətləri ilə çox yaxşı münasibətləri var. Bu əməkdaşlıq həm ikitərəfli, həm də kollektiv şəkildə davam etdirilir. Bu çərçivədə də lazım olan məsələlər müzakirə olunur. Bu məsələni ortaya atanlar təxribatçıdır. Dünyanın qarışıq vaxtında ətrafımızda gedən proseslərə nəzər salsaq, görərik ki, bu məsələni ortaya atan adamlar provokasiya yaratmaq istəyirlər. Onlar Azərbaycanın əleyhinə olan şər qüvvələrə xidmət edən insanlardır».
Bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov müxalifətin Azərbaycanın MDB-dən çıxması ilə bağlı çağırışlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir: «MDB-də ola-ola Avrointeqrasiya yolunu tutmaq mümkün deyilmi? Əlbəttə, mümkündür. Hər bir dövlət bir neçə təşkilatla əməkdaşlıq edir. Avropa İttifaqı ilə Azərbaycanın çox geniş əməkdaşlığı var. Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi-ticarət dövriyyəsi 40 milyardan artıqdır. Biz NATO ilə də əməkdaşlıq edirik. Daim onların tədbirlərində iştirak edirik. Biz bütün tərəflərlə əməkdaşlıq edirik. Azərbaycanda aparılan düzgün xarici siyasət heç bir dövlətdə yoxdur».
S.Novruzov qeyd edib ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti çox düzgün qurulub: «Bunun da təməli ümummilli liderimiz tərəfindən qoyulub. Biz onun siyasətini uğurla davam etdiririk. Burada heç bir problem yoxdur».
Qeyd edək ki, bəzi müxalifət partiyaları Azərbaycanın MDB-də təmsil olunmasının əleyhinədirlər. Həmin partiyalar Azərbaycanın MDB-dən çıxmasını və Avrointeqrasiya yolunu tutmasını tələb edirlər.