“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
10:45 | 20 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 1114 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Fransa Prezidenti Emmanuel Makronun mərkəzçi “La Republique En Marche” partiyası ölkə parlamentində mütləq çoxluğu itirib. Bunu iyunun 19-da səslərin ilkin nəticələri göstərib.
Apreldə yenidən prezident seçilən Makron parlamentdə də üstünlüyü saxlayacağına ümid edirdi. Amma ilkin nəticələrə görə, Makron 577 yerlik Milli Assambleyada 210-250 arası mandat qazanıb.
***
Partiya yerlərin ən böyük blokunu əldə etsə də, bu mütləq çoxluqdan azdır. İlkin nəticələrə görə, ikinci yaxşı nəticəni Jan-Lyuk Melanşonun sol qanad “Nupes” bloku göstərib.
Marin Le-Penin ifrat sağçı Milli Yürüş partiyası proqnozlaşdırılandan daha yaxşı nəticə ortaya qoyub. Partiyanın parlamentdəki mandat sayı 10 dəfə artaraq 100-ə çata bilər. Bu, indiyədək əldə olunan ən yüksək göstəricidir.
Respublikaçılar partiyası və müttəfiqlərinin də 100-dək mandat qazanacağı gözlənir ki, bu da onları həlledici mövqeyə keçirir. Bu partiyanın platforması digər qruplarla müqayisədə Makronunkuna daha uyğundur.
Makron öz gündəmini irəli aparmaq üçün parlamentdə alyans yaratmalı olacaq.
***
Fransanın Maliyyə naziri Bruno Le-Mer nəticəni “demokratik şok” adlandırıb. O, “France 2” televiziyasına deyib ki, digər düşərgələr əməkdaşlıqdan imtina etsələr, “bu bizim islahat aparmağımızı və fransalıları qorumağımızın qarşısını alacaq”.
Le-Mer etiraf edib ki, fransalı seçicilərin çoxu alıcılıq qabiliyyəti kontekstində “nəticələr elə də sürətli əldə olunmur”, rəy sorğuları məhz bunun seçicilərin bir nömrəli narahatlıq mənbəyi olduğunu göstərib.
Fransada yanacaq və enerjinin qiymətlərin məhdudiyyət qoyulmasına baxmayaraq, Ukraynadakı müharibə inflyasiyanı gücləndirib.