Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:37 | 20 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 1341 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlət ordusunu gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar verib. Müxtəlif dövlətlərin hərbi büdcələri artır. Nüvə silahı potensialını artırmağa qərar verən dövlətlər də var. Halbuki, bu dünyanı daha böyük fəlakətə sürükləyir. BMT baş katibi Antoniu Quterreşin sözlərinə görə, dünyada toplam 13 min 400 nüvə başlığı var və bu, nüvə müharibəsi ehtimalını artırır. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir. Qazaxıstan Ukrayna müharibəsi fonunda nüvə silahının qadağan olunmasını təklif edib. Ancaq Qazaxıstanı eşidən yoxdur. Əksinə nüvə silahına malik dövlətlər nüvə arsenallarını daha da artırırlar.
Çinin müdafiə naziri Vey Fenxe bir neçə gün əvvəl Sinqapurda keçirilən beynəlxalq forumda deyib ki, ölkəsi nüvə silahlarını modernləşdirib. Nüvə başlığı daşıyan modernləşdirilmiş raketlər ilk dəfə 2019-cu ildə Pekində hərbi paradda nümayiş etdirilib. Çində nüvə raketlərinin saxlanılması üçün 100-dən çox şaxta mövcuddur və bu say artır. Çinin müdafiə nazirinin sözlərinə görə, modernləşdirilmiş nüvə raketləri özünümüdafiəni gücləndirmək üçün lazımdır. O Çinin nüvə raketlərini kiməsə qarşı birinci istifadə etməyəcəyini bildirib. Ancaq bu sadəcə bəyanatdır. Pekin Tayvan adasını ələ keçirmək məqsədilə ABŞ-la qarşıdurmaya hazırlaşır. Elə buna görə də Vaşinqton Çinin nüvə silahlarını artırmasından narahatdır. ABŞ-ın müdafiə naziri Lloyd Ostin hesab edir ki, Pekin təxribata hazırlaşır. Ostinin fikrincə, Çin qonşuları olan Yaponiya və Hindistana qarşı hərbi təzyiqi artırır.
Çinin nüvə arsenalını artırması və Şimali Koreyanın raket sınaqları Yaponiya və Cənubi Koreyanı ciddi narahat edir. Bu iki dövlət seçim qarşısındadırlar: onlar ya ABŞ-dan ərazilərində nüvə silahı yerləşdirməyi xahiş edəcəklər, ya da özləri nüvə silahının istehsalına başlayacaqlar.
Çin nüvə silahı arsenalını artırmaqla yanaşı nüvə başlığı daşıya bilən sualtı hərbi gəmilərinin sayını artırıb. Bundan başqa Çin təyyarədaşıyan gəmilərin istehsalını sürətləndirib. Çin ayrıca, Cibuti və Kambocada böyük hərbi-dəniz bazaları inşa edir. Bütün bunlar Pekinin gələcək planlarından xəbər verir.