
Tarixin tələbi
Azərbaycanda ana dilində təhsil tələbi hər küncdən səslənir
Azərbaycanda ana dilində təhsil tələbi hər küncdən səslənir
Kürd silahlıları regionda humanitar fəlakətlərin səbəbkarlarındandır
... Dünyanın indiki geopolitik konfiqurasiyasında böyük önəm daşımağa başlayır
İranı bombalamaq rejim dəyişikliyinə səbəb olmayacaq
Kürd imamın Ərdoğanı diktator adlandırması etirazlara səbəb olub
Günümüzün İranında maraqlı bir tendensiyanı müşahidə edirsinizmi?
“Təsdiqlənmə arzusu azadlığa əngəl olur” Erix Fromm
Kürd separatçıları türk tokatı üçün darıxıb
Ərdoğan və Pezeşkianın açıqlamaları panfarsçıları niyə qəzəbləndirir?
Bütün hadisələr və gedişat bu istiqamətdə inkişaf edir
Tarixi torpaqlarımıza qarşı təxribatçı iddiaların əsasızlığı
Güney Azərbaycanın Türkiyə ilə sərhədində kürd sabotajı
Ərəblər, bəluclar, hətta türk solçular da türkə düşməndir
Əsla gecikmək olmaz
Güney Azərbaycan millətçiləri arasında gizli ittifaq
Güney Azərbaycandakı siyasi canlılıq olduqca vacibdir
Bu gün Güney Azərbaycanın görkəmli ziyalısı, uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən biri Səməd Bəhrənginin doğum günüdür. Səməd Behrəngi 1939-cu il iyun ayının 24-də Güney Azərbaycanın Təbriz şəhərində anadan olub.
İbtidai təhsilini “Tərbiyyət” məktəbində alıb. Sonra təhsilini Təbriz Pedaqoji Texnikumunda davam etdirib. Tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini də bu dövrdə yazıb.
Əmək fəaliyyətinə müəllim kimi başlayıb.
Azərşəhr (Tufarqan) mahalının Mamağan, Gögan ibtidai məktəblərində müəllim işləyib. Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). 1957-ci ildən etibarən kənd məktəblərində dərs deyib, çoxlu sayda pedaqoji məqalələr və kitablar yazıb.
Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzərək Azərbaycan folkloruna aid nümunələri toplayıb. Daha sonra Əhməd Şamlı, Füruz Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirib.
Eyni zamanda fars dilindən doğma dilə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.
İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və b. hekayə və nağıllarını yazıb (1967-1969). Maraqla qarşılanan hekayələrindən olan “Balaca qara balıq” azadlığa həsr olunub.
Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.
İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb, kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.
Bakıda ilk dəfə 1987-ci ildə “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.
Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi Güney Azərbaycanda uşaq ədəbiyyatının qurucusudur. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.
Səməd Behrəngi 1968-ci il avqustun 30-da İranda Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.
2014-cü ildə Azərbaycanda “Səməd Behrəngi ədəbi mükafatı” təsis edilib. Mükafatı Azərbaycan Yazıçılar Birliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq saytı olan litdiaspora.az ədəbi portalı təsis edib.
14 mart 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Səməd Behrənginin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.