
Millət vəkili parlamentdə ölü tapıldı
Finlandiyalı siyasətçinin intihar etdiyi deyilir
Finlandiyalı siyasətçinin intihar etdiyi deyilir
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Son bir ayda çəkilmiş peyk fotolarından görünür ki, Rusiya Finlandiya ilə sərhəddən 100-dən çox ağır texnikanı çəkib aparıb. Bu hadisə Finlandiyanın NATO üzvlüyü istiqamətində hərəkət etdiyi vaxta təsadüf edib. Bu barədə məlumatı Finlandiyanın “Yle” telekanalı yayıb.
Xəbər verilir ki, texnikanın sərhəddən geri çəkilməsi Rusiyanın 34667 saylı hərbi hissəsində baş verib.
Bu hərbi hissə Murmansk vilayətinin Alakkurtti kəndində Finlandiya ilə sərhədin 70 kilometrliyində yerləşir.
Hərbi hissə isə Rusiyada son vaxtlar yaradılmış Şimal hərbi dairəsinin Şimal donanmasına daxildir.
Alakurtti kəndindəki hərbi hissədə 80-cı motoatıcı briqada mənzillənib. Burada 2100-dək hərbçi var.
Hələ may ayında Finlandiya mediası yazırdı ki, bu hərbi hissənin Ukrayna müharibəsinə cəlb olunduğu müşahidə edilməyib.
Lakin mayın 13 və 24-də çəkilmiş peyk fotolarından görünür ki, hərbi hissədəki texnikanın sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Söhbət ilk növbədə tankların, yedək maşınlarının və özüyeriyən artilleriya qurğularının azalmasından gedir.
***
Hərbi ekspert Mark Eklundun təxminlərinə görə Alakurttidəki hərbi hissədən texnikadan başqa 800-dək əsgər aparıla bilərdi. Ekspert hesab edir ki, Rusiya bunları Ukraynaya aparır. Eklund texnika və canlı qüvvənin guya təlimlər üçün aparılması versiyasına inanmır.
Çünki hərbi təlimlər hər altı aydan bir olur və artıq elə bu yazda başa çatmalı idi. “Yle” jurnalistləri habelə diqqət veriblər ki, Alakurttidə bu yaxınlarda boş iş yerləri barədə elanlar çoxalıb. Bu elanların arasında onlarca hərbi peşələrə aid olanları da var.
Bu da qeyd olunmalıdır ki, iyulun 5-də NATO-ya üzv ölkələrin səfirləri Finlandiya və İsveçin alyans üzvlüyünə qəbulu üçün protokolları imzalayıblar. Protokolların milli parlamentlərdə ratifikasiyası 4 ayadək davam edə bilər.