
Finlandiya mina müqaviləsindən çıxdı
Parlamenti “Rusiya təhlükəsi” səbəbi ilə qərara səs verib
Parlamenti “Rusiya təhlükəsi” səbəbi ilə qərara səs verib
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Finlandiya sərhədində Rusiyanın hərbi qüvvələri dəfələrlə artıb
Təhsildə Estoniya modeli Finlandiyanı geridə qoyub
Moskvanın hərbi güclənməsi yaxından izlənilir, qadınlar təlimə cəlb olunub
Donald Tusk: “Biz Baltik dənizində geridə qalan şübhəli rus gəmisinə qarşı müdaxilə etdik”
Ukrayna müharibəsindən sonra NATO-ya daxil olan ölkə peyk görüntülərindən narahat olub
Nüvə tullantılarının saxlanılması üçün obyekt yaradılır
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
Rusiyanın tikdiyi AES ABŞ-nin nüvə yanacağı ilə çalışacaq
“Rusiyanın qələbəsi digər “təcavüzkar ölkələri” gücləndirə bilər”
Finlandiyadan NATO bəyanatı: “İrəliləyiş olacaq”
Türkiyənin İsveçdən PKK tələbi Fransanın dövlət kanalını göynədib
Təyyarədə paylaşılan şelfi qaş düzəldərkən göz çıxarmağa döndü
Finlandiyalı siyasətçi, millət vəkili Eemeli Peltonen, dünən Helsinki şəhərindəki parlament binasında ölü tapılıb. Yerli medianın məlumatına görə, hakimiyyət orqanları hadisəni intihar kimi qiymətləndirir.
SDP-nin Parlament qrupu rəhbəri Tyutti Tuppuraynen açıqlamasında, “Toplumumuzun çox sevilən üzvü idi, onun üçün çox darıxacağıq. Gənc bir həyat çox erkən sona çatdı”.
Parlament yay tətilində olmasına baxmayaraq, Baş Nazir Petteri Orpo hörmət əlaməti olaraq dünən bütün siyasi işləri dayandırdı və Peltonen üçün bir dəqiqəlik sükut elan etdi.
Parlamentin sədri Yussi Halla-aho “X” sosial media platformasındakı paylaşımında Peltonenin partiyalar üstü hörmət qazanmış, sevilən bir həmkar olduğunu yazdı.
Polis dünən səhər parlament binasına çağırıldı və bir neçə saat ərzində Peltonenin ölümü parlamentin rəsmi açıqlaması ilə təsdiqləndi. Polis hadisədə şübhəli heç bir vəziyyətin olmadığını bildirdi.
Peltonen siyasi karyerasına çox gənc yaşda başlamışdı. 18 yaşında Yarvenpyaa Bələdiyyə Məclisinə seçilmişdi. Lakin son həftələrdə siyasətdən uzaq qalmış, iyun ayında böyrək problemi və ardından yaranan infeksiya səbəbilə iclaslarda iştirak edə bilmədiyini açıqlamışdı.
Sosial mediada son paylaşımında isə xəstəxanadan buraxıldığını, amma yaz boyunca sağlamlıq iznində olacağını və səhhətinə fokuslanacağını bildirmişdi.