Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:45 | 6 iyul 2022 | Çərşənbə
Məqaləyə 1377 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya məhkəməsi Xəzər Kəmər Konsorsiumunun (CPC) Qazaxıstan neftini Rusiyanın Qara dənizdəki Novorossiysk portuna nəql edən kəmərinin 30 gün müddətində fəaliyyətini dayandırması barədə qərar çıxarıb.
ABŞ-ın “Chevron” və “Exxon” şirkətlərinin də daxil olduğu CPC bildirib ki, məhkəmənin 6 iyul tarixli qərarı neft sızmaları ilə bağlıdır və konsorsium bu məhkəmə qərarına tabe olmaq məcburiyyətindədir.
Bununla belə özünün internet saytında CPC bu qərardan apelyasiya verəcəyini bildirib: “Xəzər Kəməri Konsorsiumu Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir və məhkəmə qərarını icra etməyə məcburdur. Bu qərardan qanunun nəzərdə tutduğu qaydada apelyasiya veriləcəkdir”.
Bu kəmər qlobal neftin 1 faizini versə də, Qazaxıstan neftinin 80 faizi onun vasitəsilə ixrac olunur. Kəmər nefti Novorossiyskdəki terminala nəql edir. Bu terminal ildə 67 milyon ton neft ixrac edir.
***
Birləşmiş Ştatlar Kremlin Ukraynaya əsassız və səbəbsiz hücumuna görə Rusiya neftinə sanksiyalar qoyub. Lakin ABŞ bildirirdi ki, Qazaxıstan nefti Rusiya ərazisi ilə maneəsiz nəql oluna bilər.
CPC iyulun 6-da bildirib ki, Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko “Rostexnadzor” da daxil tənzimləyicilərə kəmərin Rusiya ərazisindəki hissəsinin təftişini tapşırıb.
Məlumatda bildirilir ki, Rusiya tərəfi neft sızmaları ilə iş sahəsində bəzi “sənədləşdirilmiş” pozuntular aşkar edib. Sözü gedən terminalda neft sızması ötən il baş vermişdi.
CPC-nin məlumatına görə Rusiya tərəfi bildirir ki, konsorsiumun neft sızmaları zamanı təcili tədbirlər planı natamamdır.
Rusiya hökuməti bundan əvvəl qüsurların aradan qaldırılması üçün noyabrın 30-dək vaxt vermişdi.
Lakin regional nəqliyyat tənzimləyicisi iyulun 6-da terminalın dərhal bağlanmasını tələb edib.
***
“İnterfax” agentliyi iyulun 5-də yazırdı ki, neft nəqlinin dayandırılması ətraf mühitə mümkün ziyanın qarşısını almaq məqsədi güdür. Bu da xəbər verilir ki, kəmərin fəaliyyəti Qara dənizdəki terminalın nasazlığına görə bu il artıq bir dəfə dayandırılmışdı.
Bu arada Qazaxıstanın dövlət “KazTAG” agentliyi bildirir ki, CPC məhkəmədən neft nəqlinin kəsilməsinə dair qərarın dayandırılmasını rica edib. Konsorsiumun müraciətində deyilir ki, qanun istehsalata düzəlməz ziyan vura biləcək tədbirlərin tətbiqini qadağan edir.
Müraciətdə qeyd olunur ki, sözü gedən kəmər fasiləsiz olaraq işləməlidir və onun dayandırılması xoşagəlməz, qarşısıalınmaz və idarə olunmayan proseslərə gətirib çıxara bilər.
Bu da bildirilir neftin nəqlinin dayandırılması kəmərin sıradan çıxması ilə nəticələnə bilər, çünki texnoloji proses neft axının dayanmasını nəzərdə tutmur.
CPC Qazaxıstanın əsas neft ixracı kəməridir və nefti Avropa bazarlarına çıxarır.