Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:40 | 12 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 922 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Türkiyə, Ukrayna və Rusiyanın hərbi nümayəndə heyətləri Ukrayna taxılının ixracı ilə bağlı problemi müzakirə etmək üçün BMT nümayəndələri ilə görüşəcəklər. Ukraynadan taxılın ixracında Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzü ilə bağlı fasilələr yaranıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar iyulun 12-də deyib ki, bu görüş iyulun 13-də İstanbulda keçiriləcək.
Bu da xəbər verilir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna taxılının ixracı məsələsini iyulun 11-də ayrı-ayrı telefon söhbətlərində Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinlə müzakirə edib.
Ukrayna Rusiyanın işğalı altında olan Qara dəniz limanlarının blokadadan çıxarılmasını tələb edir.
Qərb ölkələri də Rusiyadan Ukrayna limanlarının deblokadasını tələb edirlər.
Dünya taxıl istehlakının üçdə birini təchiz edən Ukraynadan taxılın çıxarılmasında yaranmış çətinlik qlobal aclıq təhlükəsi yaradıb.
***
Ərdoğan Putinə deyib ki, BMT-nin Qara dənizdə təhlükəsiz dəhlizlərin yaradılması planının həyata keçirilməsinin vaxtı çatıb.
O habelə Rusiya prezidentinə deyib ki, müharibənin dayandırılması üçün davamlı və ədalətli sülh barədə danışıqlara ehtiyac var.
Zelenski “Twitter”də yazıb ki, o prezident Ərdoğanın Ukrayna taxılının ixracına şərait yaradılması istiqamətində səylərini yüksək qiymətləndirir, amma eyni zamanda Rusiya Ukrayna taxılının oğurlanmasına son qoymalıdır.
Bundan əvvəl Rusiya bildirmişdi ki, taxılın limanlardan çıxarılması üçün Ukrayna sahili minalardan təmizləməlidir.
Vladimir Putin isə demişdi ki, Rusiya taxılın ixracına dəstək verməyə hazırdır, amma bunun üçün Moskva üzərindəki sanksiyalar qaldırılmalıdır.
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Putinin bu bəyanatını “ərzaq şantajı” adlandırmışdı.