
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
7 illik vergi güzəştləri mövcuddur, amma ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
Amma idxal qiymətlərində də ciddi artım var
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
Uşaq yaradıcılıq müsabiqəsi
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Sənəd tezliklə qəbul olunacaq”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə nazirliyin ümumi şöbəsinin müdiri Xəyyam Fərəcov tutduğu vəzifədən azad edilib. Xəyyam Fərəcov APA-ya açıqlamasında faktı təsdiqləyib və bildirib ki, işdən öz ərizəsi ilə azad olunub. Onun sözlərinə görə, bir həftə öncə nazirliyin ümumi şöbəsinin müdiri vəzifəsindən azad olunub və təhsil nazirinin digər əmri ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin kadrlar şöbəsinə aparıcı məsləhətçi təyin edilib. Xəyyam Fərəcovun adı Təhsil Nazirliyinin yeni hazırlanan “Telefon soraqçası”ndan da çıxarılıb.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsində təyin olunduqdan sonra nazirlikdə bir sıra kadr dəyişiklikləri edilib. Bu vaxta kimi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva, təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov, Aparat rəhbəri İlham Pirməmmədov tutduqları vəzifədən azad olunublar.