Rusiya rəsmlərindən Putinə xəbərdarlıq
Müharibə xərcləri ölkəni iflasa aparır
13:15 | 4 dekabr 2022 | Bazar
Məqaləyə 1252 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə xərcləri ölkəni iflasa aparır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Fevralın 24-dən bəri dünyanın gözü və qulağı Ukraynadan gələn xəbərlərdədir. Müharibə başlayandan bu günə qədər Ukraynaya maliyyə və hərbi dəstək verən Qərb Rusiyanı sanksiyalarla dayandırmağa çalışır.
Moskvaya qarşı silsilə sanksiyalar elan edən Qərbin son addımı Rusiya neftinə maksimum qiymət tətbiq etməsi oldu. Rusiyadan dəniz yolu ilə neft alışına qadağa qoyacaq Avropa İttfaqı Rusiya iqtisadiyyatına daha bir zərbə vurdu.
Üzv dövlətlər Rusiya xam neftinin bir barelinin maksimum qiymətini 60 dollar müəyyən edib. Bu qərarı Böyük yeddilik ölkələri və Avstraliya da dəstəklədi.
Bu addım “Rusiyaya yeni zərbə” kimi qiymətləndirilərkən, Fransadan gələn xəbərlər qısa zamanda ölkənin və dünyanın gündəminə bomba kimi düşdü.
İngiltərə mətbuatında yer alan xəbərə görə, Fransanın bütün bu səylərə baxmayaraq Rusiya ilə enerji sahəsində ticarətini davam etdirdiyi ortaya çıxıb. Qəzetlər bu inkişafı oxucularına “Fransa tutuldu” başlığı ilə təqdim etdi.
“Greenpeace” təşkilatı Rusiyadan Fransanın şimalındakı Dunkerk limanına həm xam, həm də zənginləşdirilmiş onlarla barel uranın gəldiyini açıqlayıb.
Ətraf mühit təşkilatı Avropa ölkələrinin bu ticarəti davam etdirməsini “qalmaqal” kimi qiymətləndirib.
“Greenpeace” adından açıqlamalar verən Pauline Boyer, "Ukraynada müharibə qızışdığı bir vaxtda Rusiya ilə nüvə ticarətini davam etdirmək qalmaqaldır", – deyib.
***
Fransa bu qalmaqaldan sarsılarkən, Makrondan Ukrayna müharibəsi ilə bağlı flaş hərəkət gəldi.
Əvvəlki açıqlamaları ilə Ukraynanın təpkisini çəkən Fransa lideri geri addım atmalı olmuşdu.
Makron indi bildirib ki, NATO Ukraynadakı münaqişənin həllində Rusiyanın təhlükəsizliyi üçün yekun təminatlara diqqət yetirməlidir.
Fransa lideri bildirib ki, Ukraynada müharibə başa çatdıqdan sonra Avropanın yeni təhlükəsizlik arxitekturasına Rusiya üçün təhlükəsizlik təminatları da daxil edilməlidir.
Bu sözlər “Makron Rusiyaya göz vurdu” kimi şərh edilib.
***
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Makronun sözlərinə cavab olaraq deyib ki, “Rusiyanı alçaltmamaq kimi fikirlər, Fransanı və bu çağırışa qoşulan digər ölkələri aşağılaya bilər”.