
İki ölkə prezidentləri barədə həbs qərarı
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Venesuelada müxalifətin prezidentliyə namizədi İspaniyadan sığınacaq istəyib
Nikolas Maduro Milad bayramının tarixini dəyişir
Maduro: “Bu adam qanunu və heç nəyi tanımadığını deyir”
ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib
AB Venesuela prezidentinin demokratik legitimliyini tanımır
Jurnalistlər şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual reportyorlar yaratmaqda tapıb
“Xalqın özünüidarəsi ilə daha da təsirli olacaq”
Venesuelada müxalifətdən prezidentliyə namizəd prokurorlara ifadə verməkdən imtina edir
Prokurorluq Venesuela müxalifətinin liderinə qarşı cinayət işi açır
Müxalifətin namizədi venesuelalıları birliyə çağırır
İspaniya XİN də tam şəffaflıqda israr edir
Ali Məhkəmə Maduronun qələbəsini təsdiqlədi, qonşu ölkələr qərarı tanımadı
“Ölkənin hər küncündə, xalqın yanında olacağıq”
Venesuela müxalifətindən Maduroya çağırış
Venesuelada prezident seçkilərindən sonra ölkə daxilində və xaricində gedən siyasi müzakirələr səngimir. Ölkəsində bir radio kanalında açıqlama verən Braziliya prezidenti Luiz İnasio Lula da Silva Venesuela rəsmilərindən seçki nəticələrinin protokollarını açıqlamalarını və kimin qalib gəldiyini şəffaf şəkildə müəyyən etməyi tələb edib.
Lula da Silva Venesuela Milli Seçki Şurasının (CNE) zəng edərək, “Bu səslərin sayılması ilə bağlı cədvəllər haradadır? Müxalifət də. Maduro da qalib gəldiyini deyir. Mən prosesin demokratik olduğunu düşünürəm, amma protokolları göstərsələr inanacağam”, – deyib.
Venesuelada xalqın demokratik seçimlərinə hörmət etdiklərini vurğulayan Lula da Silva, “Venesuela xalqı yalnız öz gələcəyinə qərar verir. İnanıram ki, Cənubi Amerikada sülh içində yaşamaq üçün bizə dəstək olmaq istəyən çoxlu ölkə var”, – deyib.
Lula da Silva Venesuelada siyasi müzakirələrin ölkədə vətəndaş müharibəsinə gətirib çıxaracağı ilə bağlı şərhlərlə razılaşmadığını bildirib.
Braziliya prezidenti avqustun 15-də verdiyi açıqlamada Venesuelada koalisiya hökumətinin qurulmasının və ya yeni seçkilərin keçirilməsinin təklif etdikləri variantlar arasında olduğunu qeyd edib.
***
İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.
İyulun 29-da seçki başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.