vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
«Pulumu verin!» 14:00 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1972 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pulumu verin!»

Ziya Məmmədov əsgərliyə gedənlərin daşıma xərcini istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Quba-Nəqliyyat» ASC Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsini məhkəməyə verib.

«Qafqazinfo»nun əldə etdiyi məlumata görə, ASC-nin avtobusları bir müddət öncə hərbi çağırışçıları - əsgərliyə gedən gəncləri avtobusla aparıb. Sonra isə ASC bu işə görə pul tələb edib. Belə ki, ASC Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Quba rayon şöbəsi qarşısında çağırışçıların daşınması nəticəsində yaranmış borcun tutulması barədə məhkəmə iddiası qaldırıb.

İddiaya Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılıb və işi «Quba-Nəqliyyat» ASC udub. Növbəti instansiyada - Sumqayıt Apelyasiya Məhkəməsində keçirilən prosesin sonunda da ASC qalib gəlib.

Növbəti mərhələdə işə Ali Məhkəmədə baxılacaq.