Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
00:42 | 10 aprel 2014 | Cümə axşamı
Məqaləyə 2959 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Macarıstanlı avroparlamentari, xarici işlər komitəsinin üzvü Gyorgi Şöpflin (György Schöpflin) Azərbaycan mətbuatının suallarını cavablandırıb.
- Avropa İttifaqının BMT-də Ukrayna ərazi bütövlüyünü dəstəkləməyən Avropa ölkələrinə qarşı mövqeyi necə olmalıdır?
- Düşünürəm ki, Aİ bu dəfə bu ölkələrə həmişəki simpatiya ilə yanaşmalı deyil. Qeyd edim ki, mən Rusiyanın əleyhinə səs verərək Ukrayna ərazi bütövlüyünü dəstəkləyən ölkələrin sayından təəccübləndim. Mən çoxdandır düşünürəm ki, Ermənistan və Belarus Rusiyanın peyk ölkələrinə çevriliblər. Onların müstəqilliyi çox etibarsızdır və daha çox kağız üzərində mövcuddur. BMT-də müstəqil dövlətlər kimi təmsil olunsalar da, hər iki dövlət bir çox cəhətdən Rusiyadan asılıdır.
Bunları nəzərə alaraq, düşünmək olar ki, onların başqa cür səs vermək imkanları yox idi. İstənilən halda, Krımın anneksasiyası və Ukrayna böhranı Aİ-nin Şərq Tərəfdaşlığı siyasətində köklü dəyişikliklər aparmasının vacibliyini ortaya çıxarıb. Hələlik və qısamüddətli perspektivdə isə hamı üçün əsas məqsəd Rusiyanı dayandırmaqdır. Mənim narahatlığım ondandır ki, yalnız Ukrayna deyil, Baltikyani ölkələr də təhlükə altındadırlar.
- 2008-ci ildə Gürcüstanda baş verən Cənubi Osetiya və Abxaziya və ondan əvvəl Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi eyni ssenari üzrə qurulmuşdular. Krım hadisələri Aİ-nin Cənubi Qafqazda mövcud münaqişələrə yanaşmasını necə dəyişəcək?
- Bəli, oxşarlıq və paralellər mövcuddur. Cənubi Qafqazda vəziyyət Rusiyanı tam qane edir. Ermənistan Rusiyadan tamamilə asılıdır, Azərbaycan və Gürcüstan isə onun təsir və təzyiq zonasındadırlar. Buna görə də Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinə həll tapmaması Rusiyanın xeyrinədir və biz bunu Kazanda da gördük. Bu, Hitlerin «parçala və hökm et» siyasətidir. Ona görə də konkret olaraq bu halda Rusiyanın cənuba tərəf deyil, daha çox qərbə tərəf yönəldiyini düşünürəm.
Demək istərdim ki, Şimali Qafqazda Rusiyaya qarşı proseslərin və islam fundamentalizminin baş qaldırdığı bir dönəmdə Rusiyanın Qərbi özündən uzaqlaşdırması çox irrasional qərardır. Bunun səbəbini başa düşməkdə çətinlik çəkirəm.
Bundan əlavə, Rusiya Krımın anneksasiyası ilə Çinə görülməmiş presedent verdi. Rusiyanın uzaq şərqində bir-iki milyon çinli yaşayır və onları sıxışdırırlar. Çin öz vətəndaşlarını qorumaq bəhanəsi ilə Rusiyaya təcavüz etmək hüququna malikdir. Rusiyanın buna hazır olduğunu düşünmürəm.
Moskva çox qəribə yerdir. Paytaxtı Sankt-Peterburqdan Moskvaya köçürmək yanlış addım idi. Sankt-Peterburqdan aparılan siyasət daha açıq idi.