
Avtobus qarajında yanğın
40-a yaxın nəqliyyat vasitəsi yararsız hala düşüb
40-a yaxın nəqliyyat vasitəsi yararsız hala düşüb
Alternativ xidmətlərə ehtiyac yaranıb
Sutkada 12 saat sükan arxasında sürücü də insandır və onun da səbrinin həddi var
Sizin, mənim, hamımızın görüb deyə bilmədiklərimiz
Yaxud arvadların kişilərə göz verib, işıq vermədiyi məkan
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
“Formula 1”lə bağlı istiqamətini dəyişən avtobuslar əvvəlki rejimə qayıdır
Camaatın tapa bilmədiyini alverçi haradan alır?
Ölən var
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
Baş Prokurorluq gülləbaran xəbərini təkzib etdi
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
Mənəvi-əxlaqi dəyərlərimizin qorunması
Anar Məmmədovun yaratdığı federasiya dağıldı, baş katib istefa verib, başqa gedənlər də var; sabiq nazirin oğlu haradadır?
«Sonuncu dəfə yanvar ayında əmək haqqı almışıq. Artıq üçüncü aydır ki, maaş üzünə həsrətik. Daha bıçaq sümüyə dirənib». Bunu Musavat.com-un əməkdaşına paytaxtdakı marşrut avtobusunun sürücülərindən biri deyib.
Adının çəkilməsini istəməyən sürücünün sözlərinə görə, «Transqeyt» MMC-nin rəhbər şəxsləri heç bir ciddi səbəb gətirmədən onların halal haqqını verməkdən imtina edirlər. Hətta bu səbəbdən bir neçə dəfə marşrut avtobuslarının sürücüləri xətdən çıxmaqdan imtina edib aksiya keçirmək niyyətinə də düşüblər. Lakin son anda rəhbərlik müxtəlif vədlər verərək onları fikrindən daşındırıb. Bununla belə sürücülər yaxın vaxtlarda tətilə başlamaqla bağlı müzakirələr aparırlar. Verilən məlumata görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb. «Ayda 150-200 manat maaş alırıq, onu da bizə çox görürlər. 40, 44, 100 və digər çoxsaylı marşrutların sürücüləri əməlli-başlı istismar olunur. Bizi qul əvəzinə işlədirlər, pulumuzu vermirlər». Sürücülər planın çoxluğundan da şikayətçidir: «Hər gün 104 manat plan verirəm. Üstəlik 20 manat əlavə haqq ödəyirəm. Bunun da üzərinə 70 manatlıq yanacağı, yemək-içmək, siqaret pulu gələndə 200 manatdan artıq eləyir. Biz də 20 qəpiyə işləyən adamıq, nə gecəmiz, nə gündüzümüz var. Buna görədir ki, avtobus qəzalarının sayı çoxalıb. Sürücülər ölüm-dirim yarışına çıxırlar ki, axşam balasının boğazından kəsib planı ödəməsin. Bu yandan da verdikləri cüzi əmək haqqını da kəsiblər. Daha bu cür haqsızlığa dözmək olmur...»
Xatırladaq ki, şirkətin sahibi nəqliyyat nazirinin oğludur. Məsələ ilə bağlı «Transqeyt» MMC-nin mövqeyini dərc etməyə hazırıq.