Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:47 | 20 fevral 2025 | Cümə axşamı
Məqaləyə 407 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
12 ildir edamını gözləyən Sandiford və ömürlük məhbus Şahabadi İngiltərəyə qaytarılacaq
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Qərb və yəhudi bankirlər, yoxsa ...
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
“Premier Lig”in keçmiş referisi Kute uşaq istismarında günahlandırlılr
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Toni Radakin bildirib ki, ölkəsi Skandinaviya və Baltikyanı ölkələr kimi müdafiə hazırlıqlarını gücləndirməlidir. Radakin, Böyük Britaniyanın milli dözümlülük mədəniyyətinin bəzi Avropalı müttəfiqlərindən daha zəif olduğunu və ölkənin vətəndaş müharibəsinə hazırlığından geri qaldığını söylədi.
Həmin gün müdafiə naziri Con Heyli iki Kral Hərbi Dəniz Qüvvələrinin amfibiya desant gəmisi, bir freqat və 31 helikopterin silahlı qüvvələrdə ixtisar edildiyini açıqlayıb. Heyli bu qərarı Mühafizəkarlar Partiyasının buraxdığı 22 milyard funt-sterlinq maliyyə kəsiri ilə əlaqələndirib.
İlin əvvəlində Britaniya ordusunun rəisi general Patrik Sanders bəyan etmişdi ki, Böyük Britaniyanın Rusiyaya qarşı gələcək müharibəyə hazırlıq üçün on minlərlə əsgərdən ibarət vətəndaş ordusu lazımdır. Sanders, mövcud qüvvələrin, o cümlədən ehtiyatların müharibə vəziyyətində ölkəni müdafiə etmək üçün kifayət etməyəcəyini vurğulamış və Böyük Britaniyanın “milli səfərbərliyin” təməlini qoymasının vacib olduğunu bildirmişdi.
Oxşar narahatlıqlar Britaniya mətbuatında da səsləndirilib. “The Times” qəzetində dərc olunan xəbərdə bildirilir ki, Böyük Britaniyanın müdafiə büdcəsindəki azalmalar ölkənin hərbi potensialına mənfi təsir edib və onun Avropalı müttəfiqlərindən geri qalmasına səbəb olub. Hesabatda xüsusilə Baltikyanı ölkələrin müdafiə xərclərini artırdığı və Böyük Britaniyanın da oxşar addımlar atmalı olduğu vurğulanıb.
“The Guardian” qəzeti xəbərdarlıq edib ki, Müdafiə Nazirliyinin planlaşdırdığı ixtisarlar Britaniyanın milli təhlükəsizliyini təhlükə altına qoya bilər və mövcud geosiyasi təhdidlər qarşısında qeyri-adekvat ola bilər. Hesabatda hərbi ekspertlərin Britaniyanın müdafiə strategiyasına yenidən baxmalı və onu müttəfiqləri ilə uyğunlaşdırmalı olduğu barədə fikirləri yer alıb.
Britaniyanın yüksək səviyyəli hərbi rəsmiləri və media qurumları ölkənin müdafiə hazırlıqları ilə bağlı ciddi narahatlıq keçirirlər. Aydındır ki, Böyük Britaniya Avropadakı müttəfiqlərindən geri qalmamaq və milli təhlükəsizliyi təmin etmək üçün müdafiə siyasətini və büdcəsini yenidən nəzərdən keçirməlidir.