
Yeni eskalasiyaya səbəb Ermənistandır ...
... Yaxud Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququ
... Yaxud Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququ
Bunun əksi Ermənistanı Azərbaycanla müharibədə növbəti ağır məğlubiyyətə sürükləyəcək
“Sülh sazişi imzalamaq imkanını əldən verməyin”
Nikol Paşinyan Ermənistanın keçmiş rəhbərliyini təhdid edib
Paşinyan öz hakimiyyətini qorumaq üçün hərbi eskalasiyaya gedir
... Yaxud Yelisey sarayındakıların Ermənistansız Qafqaz planını
Vardanyan isə Tanrı və azərbaycanlılar qarşısında tövbə etməyə tələsmir...
Araqçı üçün İrəvanda başqa bir önəmli hadisə
Paşinyan Fələstinin müstəqilliyini tanımaq, Suriyaya “humanitar yardım”la Türkiyəni şirnikləndirir
Nə baş verdi ki, bu vədlər yaddan çıxdı?
Geosiyasi risklər və Azərbaycan üçün çağırışlar
Azərbaycan üçün hansı daha önəmlidir lokal xarakter, yoxsa beynəlxalq qrup?
10 maşın humanitar yük üçün 10 gün möhlət?
... Kreml başa düşmür
... Yaxud “Marqara”dan humanitar yardım göndərən mağara təfəkkürlü adamlar
Erməni və qərb mediasının manipulyasiya mövzusu
Dünən Ermənistanın baş naziri bir qərar və bir də “ideoloji bəyanat” verdi. O, Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının dəyişdirilməsi ilə bağlı qərarı açıqladı. Bu məsələdə məsul şəxs Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır.
Paşinyan “ideoloji müraciətində” Konstitusiya ilə bağlı referendumun keçiriləcəyini elan etdi. Müraciətdən bir sitatı təqdim edirik: “Yeni Konstitusiyanın qəbulunun strateji məqsədi dövlət quruculuğu olmayan xalqın keçmişdən qalma fəaliyyət ardıcıllığından dövlət quruculuğuna malik xalqın fəaliyyət ardıcıllığına keçiddən ibarətdir”.
Beləliklə, gəlin Ermənistanın baş nazirinin bu təşəbbüslərinə nəzər salaq.
Ermənistanın Milli Təhlükəsizlik Strategiyası Bakıda qıcıq yaradan sənədlərdən biridir, çünki Strategiyada hələ də Ermənistan Respublikasının qondarma DQR-in təhlükəsizliyinin təminatçısı olduğu qeyd olunur. Şübhəsiz ki, Ermənistan rəhbərliyinin artıq yeni Strategiya layihəsi var və biz müəyyən müddətdən sonra Strategiyanın mətni ilə tanış ola biləcək, bu sənədin yeni variantının Azərbaycan üçün nə dərəcədə qənaətbəxş olacağını anlaya biləcəyik.
Konstitusiya ilə bağlı məsələ daha mürəkkəbdir. Paşinyan “yeni Konstitusiya” ifadəsini işlədir ki, onu iki cür şərh etmək olar: Bu, mövcud Konstitusiyaya dəyişiklikdir, yaxud doğrudan da “tamamilə yeni” Konstitusiyadır?! Əgər yenidirsə, bu, yeni Bəyannamə ilə yeni respublikanın elan edilməsi deməkdir.
Bu niyə vacibdir?!
Keçən il Ermənistan hökuməti Blinkenin təhriki ilə sərhəd komissiyasının nizamnaməsində hüquqi hiylə işlətdi. Ermənistan sənədi Konstitusiya Məhkəməsinə göndərdi və Məhkəmədən sənədə cavab aldı. İrəvanda Azərbaycana qarşı ərazi iddiasını özündə əks etdirən İstiqlal Bəyannaməsinə istinadın konstitusiya norması qüvvəsinə malik olmadığını göstərməyə çalışdılar. Yəni bu sənədə istinad olsa belə, onun heç bir əhəmiyyəti yoxdur. Beləliklə, Ermənistan hökuməti Azərbaycanın tələbini özünəməxsus şəkildə təmin etməyə çalışdı.
Bununla yanaşı, Ermənistan Konstitusiya Məhkəməsi qeyd etdi ki, Ermənistan Konstitusiyasının dəyişməz hissələri var və Preambula belə hissələrdən biridir. Yəni, onlar Ermənistanda istəsələr belə, Konstitusiyanın İstiqlal Bəyannaməsinə istinadın yer aldığı Preambulasını dəyişə bilməzlər. Beləliklə, aşılması mümkün olmayan bir çərçivə cızıldı.
Məhz o zaman Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistan Konstitusiya Məhkəməsinin qərarının vəziyyəti daha da mürəkkəbləşdirdiyini bəyan etdi. Faktiki olaraq Paşinyan hökuməti özünü hüquqi dalana sürüklədi.
İndi Paşinyan “yeni Konstitusiya”nın adını çəkib. Maraqlıdır, Paşinyan bununla nə demək istəyir, “yeni” Konstitusiya layihəsi nə vaxt təqdim olunacaq və referendumun nə vaxt keçirilməsi nəzərdə tutulur – parlament seçkilərindən əvvəl, paralel, yoxsa sonra?!
Keçən ilin əvvəlində Paşinyan artıq Konstitusiya ilə bağlı referendumun keçirilməsi ilə bağlı müzakirələrin təşəbbüskarı olsa da, sonra bu proses dayandı və unuduldu.
Niyə indi?
Belə qənaətə gəlmək olar ki, Paşinyan Vaşinqton və Münhenə səfərlərindən sonra anladı ki, ABŞ və Avropa Birliyinin (AB) vahid mövqeyindən əsər-əlamət qalmayıb. ABŞ və AB ölkələri arasında koordinasiya sürətlə pisləşir və bu, təbii ki, planetin digər regionlarına və ölkələrinə də təsir edəcək. Qərb dövlətləri diqqəti özlərinə cəmləyir və vəsaitlərini şübhəli geosiyasi layihələrin həyata keçirilməsindən daha çox öz ehtiyaclarına sərf edəcəklər.
Eyni zamanda Tramp administrasiyasının Rusiyaya münasibəti nümayiş etdirir ki, Vaşinqtonla Moskva arasındakı münaqişəyə əsaslanan oyun istənilən nəticəni verməyəcək.
Belə şəraitdə özünüqoruma instinkti tamamilə fərqli tələbləri diktə edir. Paşinyan anlayır ki, o yerli səviyyədə razılığa gəlməlidir. İlin əvvəlində Azərbaycan Prezidenti bəyan etdi ki, Bakının mövqeyi qətidir və o, danışıqları imitasiya etmək fikrində deyil. İndi Ermənistan danışıqlar prosesinə təkan vermək üçün hərəkətə keçməlidir.