
Yenilənmiş sovet ambisiyaları
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq!”
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Niyə Azərbaycanda İrana nifrət, İsrailə isə simpatiya var?
Ölkəmiz Transxəzər fiber-optik kabel xətti ilə texnoloji potensialını böyüdür
“Şuşa Bəyannaməsi”nin 4 ili tamam olur
“Hraparak”: “Təxminən 180 verib, əvəzində 25 alacaq”
... Yaxud vicdansız yazıçının siyasi fahişəliyi
Rusiyadan sonra Hindistan öz silahlarını Ermənistana sırıyır
Azərbaycanın Cənubi Qafqazda dominant olması Rusiyanı narahat edir
Ermənistan Fransadan, yoxsa Hindistandan hərbi təyyarə alacaq?
İfrat hiyləgərlik keyfiyyətlərinə görə erməni xalqının Ostap Benderi səviyyəsinə yüksələn və müasir biznes dünyasının ən peşəkar dələduzlarından biri sayılan Ruben Vardanyan elə bilirdi ki, illər boyu öyrənib tətbiq etdiyi fırıldaqların min bir üsulu Bakı türməsində də onun karına gələcək.
Ona görə də fevralın 18-dən aclıq aksiyasına başlamışdı.
Lakin Rubenin bu variantı, bu fırıldağı işləmədi.
Çünki müstəntiqlər və hakimlər bunun gerçək aclıq yox, bir hiylə, fırıldaq olduğunu yaxşı bilirdilər. Ona görə də Ruben Karlenoviçin hiyləgər aclıq fəndinə və timsah göz yaşlarına heç bir əhəmiyyət vermədilər.
Hakimlərin bu etinasızlığı, soyuqqanlılığı Rubençiki sözün əsl mənasında şoka saldı. Və illərin təcrübəli, stajlı fırıldaqçısı bu heyndə başa düşdü ki, azərbaycanlı hakimlər onun aclıq “şou”sunun gerçək məqsədini başa düşüblər. Və onu da anladı ki, bu cür “şou”lar, “aksiya”lar ona qarşı münasibəti qətiyyən dəyişməyəcək və günahlarının, cinayətlərinin məsuliyyətini zərrə qədər də azaltmayacaq.
Ona görə də tez bu taktikadan əl çəkdi.
Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan martın 12-də aclıq aksiyasını dayandırıb. O, bu barədə məlumatı ailəsinə göndərdiyi audiomesajda açıqlayıb.
Antiterror əməliyyatından sonra qadın paltarında Qarabağdan qaçmaq planı baş tutmayan Rubenin, indi də Bakı Hərbi Məhkəməsinin hakimlərini “aclıq” oyunu ilə aldatmaq, yumşaltmaq planı da suya düşdü.
Belə yerdə bu master-dələduza sual vermək lap yerinə düşür: -Mister Fiks, sizin başqa (ehtiyat) planlarınız var?..
Bu arada, Rubenin başqa bir tayı – Arayik Harutyunyan isə Nikol Paşinyanı və Ermənistanın sabiq silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanı məhkəmədə, necə deyərlər, su qiymətinə satmağa davam edir. Araikin 44 günlük müharibə zamanı Azərbaycana qarşı döyüşləri qondarma “dqr”in yox, məhz Ermənistan dövlətinin apardığını və Gəncənin dinc əhalisinin raket atəşinə tutulmasının Paşinyan və Qasparyanın işi olduğunu ifşa etməsi erməni millətçilərini, revanşistlərini həm məyus edib, həm də qəzəbləndirib. İndi Vladimir Poqosyan kimi sarsaq faşistlər Yutub üzərindən Araikə publik mesaj göndərirlər ki, ayə, adam kişi olar...
Ancaq kişilik hara, Araik və Ruben hara?
Biri hətta türmədə də dələduzluq edir, o birisi isə quyruğu biraz qapı arasında qalan kimi millətini də, dövlətini də dərhal baqaja qoyur.
Bax, budur, bunlardır müasir erməniçiliyin ən “parlaq” simaları...
(ardı var)