Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
08:11 | 21 mart 2025 | Cümə
Məqaləyə 212 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
ABŞ Ticarət Naziri Hovard Lutnik investorlara “Tesla” səhmlərinin bu qədər ucuz olmasının “inanılmaz” olduğunu bildirərək almağı tövsiyə edib.
Lutnik, “Fox News”da müsahibəsində “Tesla”nın baş direktoru İlon Maskın ABŞ-da işləyən ən yaxşı sahibkar, texnologiya mütəxəssisi və şirkət lideri olduğunu vurğulayıb və Demokrat Partiyasının ona hücum etdiyini bildirib.
Maskın yeni nəsil texnologiyalar quracağını bildirən Lutnik, “Tesla” səhmlərinin bu qədər ucuz olmasının “inanılmaz” olduğunu söyləyib.
“İnsanlar onun qurduğu robotları, texnologiyanı başa düşdükdən sonra, bir daha heç vaxt bu qədər ucuz olmayacaq bu günü xəyal edəcəklər və Mən Elon Maskın şirkətində səhm almalıydım deyəcəklər. Onlar düşünəcəklər ki, kim Maska investisiya qoymaz?”.
Lutnik, Maskın yəqin ki, indiyə qədər tanış olduğu ən yaxşı insan olduğunu söyləyib və buna icazə verilsə, “Tesla” səhmlərini alacağını qeyd etdi.
***
Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra şirkətin səhmlərindəki eniş diqqəti cəlb etməyə başlayıb və ilin əvvəlindən “Tesla” səhmlərindəki itki 40 faizi ötüb.
Tramp administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Mask son həftələrdə federal bürokratiyanı azaltmaq səylərinə görə tənqid atəşinə tutulub.
Maskın icraçı direktoru olduğu və siyasi açıqlamaları ilə əks-səda doğuran etirazlar “Tesla” avtosalonlarının qarşısında nümayişlərlə nəticələnib və aksiyalar zamanı xeyli insan saxlanılıb.
Ötən həftə Tramp Ağ Evin bağçasına gətirilən “Tesla” avtomobili ilə kameralar qarşısına keçib.
Maska dəstəyini göstərmək üçün bir avtomobil alacağını qeyd edən Tramp, “Bir nömrəli, əla məhsul olduğu üçün onu alacağam. İkincisi, bu, enerjisini və həyatını buna həsr etmiş bir insandır və məncə ona qarşı haqsızlıq edilib”, – deyib.
Tesla səhmləri Trampın prezident seçilməsindən sonra keçən il dekabrın ortalarında 488,54 dollara qədər bütün zamanların ən yüksək həddinə çatmışdı.