Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
23:09 | 21 mart 2025 | Cümə
Məqaləyə 564 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
İstanbul Böukşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra İstanbulda başlayan nümayişlər Türkiyənin müxtəlif vilayətlərinə yayılıb. İBB sədrinin həbsi narazılıqların başlanğıc nöqtəsi olsa da, son illərin iqtisadi çətinlikləri və sosial problemləri nümayişlərə daha çox kütləni cəlb edir. Həftəsonuna doğru nümayişlərin daha geniş vüsət alacağı gözlənilir.
Bu mənada, baş verənlərin 2013-cü ilin “Gezi Parkı” prosesi ilə müqayisə edilməsində haqlılıq payı var. Həmin dövrdə Gezi Parkındakı söküntü işlərinə etiraz olaraq başlayan hadisələr Ərdoğanın AKP hökumətinə qarşı genişmiqyaslı nümayişlərə çevrilmiş və etirazlar 2 aya yaxın davam eləmişdi. Lakin Ərdoğan hökuməti üsyanları yatırtmağı bacardı və daha sonra bir sıra hüquqi dəyişiklilər edərək, siyasi sistemdəki gücünü artdı.
“Gezi Parkı” üsyanlarının uğursuzluğunun əsas səbəbi hadisələrə yön verən siyasi liderin olmaması idi. Hazırkı nümayişlər isə İmamoğlu tərəfindən qiyabi olaraq yönləndirilir. Eyni zamanda, mövcud Ərdoğan hökuməti də 2013-cü ildəki kimi güclü deyil və iqtisadi çətinliklər AKP-nin sosial bazasını həqiqətən də ciddi şəkildə zəiflədib.
31 mart 2024-cü ildə keçirilmiş bələdiyyə seçkilərində CHP-nin birinci partiya olması daxildə müxalifətin yüksəlişdə olduğunun ən bariz göstəricisi idi. Aydındır ki, Türkiyənin beynəlxalq müstəvidə, xüsusilə Qərb nəzdində strateji önəminin artdığı bir dövrdə Ərdoğan daxildə zəifləyən mövqelərini yenidən gücləndirməyə çalışır. Təhlükəsizlik qayğılarına başı qarışan böyük güclərin Türkiyədə hakimiyyət dəyişikliyinə “stavka etməsi” gözlənilən deyil. Yəni, daxili vəziyyət müxalifətin, beynəlxalq vəziyyət isə iqtidarın xeyrinədir. Belə bir situasiya, açıq qarşıdurmanı qaçılmaz edir.
Türkiyə elə bir ölkədir ki, nə iqtidar məhkəmə vasitəsilə müxalifətin yüksəlişini önləyə bilər, nə də müxalifət küçə nümayişləri vasitəsilə iqtidarı devirə bilər. Ona görə də, əsas məsələ “qapalı” sövdələşmələr fonunda, tərəflərdən hansının daha çox güzəştə getməsi olacaq. Yəqin ki, iqtidarın əsas gözləntisi İmamoğlunun indiki mərhələdə öz siyasi iddialarından əl çəkməsidir. Şübhəsiz ki, İmamoğlunun da bir gözü küçədədir, nümayişlərin gedişatına görə addımlarını seçəcək. Məlumdur ki, birjadakı itkilər və Yaxın Şərqdəki xaotik vəziyyət hökumətin uzunmüddətli daxili qarışıqlığa qarşı müqavimət imkanlarını zəiflədir.
Hələ ki, başlanğıc mərhələsində olan hazırkı prosesin Türkiyə siyasi həyatının növbəti 5 ilinə yön verəcəyi ehtimalı güclüdür.