
Bu dəfə Türkiyə qazandı
Türk Lirəsi İmamoğlu ilə bahalaşdı
Türk Lirəsi İmamoğlu ilə bahalaşdı
Ehtiyatlar azaldıqca Türkiyə valyuta etimad da enəcək
Bu həftə dünya birjalarında gözlənilən mənzərə
Və ya biznes dünyasının məşhurları sərvətlərini kimə vəsiyyət edir?
...üzərində 2000 qiymətli daş saxlayır
...üzərində 2000 qiymətli daş saxlayır
...üzərində 2000 qiymətli daş saxlayır
Kiminin ağlına gələn yaradıcı ideya ilə, kimisi bir detalı fərqinə vararaq, kimisi də qəribə də olsa, evinə gələn santexnik sayəsində. Həyatı bir anda dəyişən, qısa zamanda milyonçu olan insanların hekayələrində ruhlandırıcı detallar var. Birdən milyonçu olmuş insanların bəzi maraqlı hekayələri və ortaq nöqtələri var.
Həyatda milyonçu olmaq həmişə planlaşdırılmış bir proses olmasa da, uğur, fürsətləri qiymətləndirmək bacarığı və düzgün qərarlar milyonçuların ümumi xüsusiyyətləridir. Kimisi birdən-birə ağlına gələn ideyanın arxasınca qaçıb milyonlar qazansa da, kimisi bəxti gətirib. Diqqət, zəka və doğru zamanda düzgün addım atmaqla çörək qazanır. ABŞ-ın Ohayo ştatında yaşayan Alesia adlı qadın hobbisini ailə biznesinə çevirib. Ailə üzvləri ilə birlikdə soyuducu maqnitləri düzəldib bütün dünyaya satmağa başlayan və “myheartprinted” istifadəçi adı ilə nəşr edən internet fenomeni Alesia dekabr ayında 139 min 800 dollar qazandığını açıqlayıb.
***
Cəmi 10 yaşında Kessidi, qardaşının adi yemək vərdişlərindən başlayaraq həyatı asanlaşdıran bir neçə milyon dollarlıq bir işə başladı. Kiçik qardaşının metal qaşıqla yemək yeyərkən inciyə biləcəyindən qorxan Kessidi daha yumşaq, daha təhlükəsiz alternativ tapmaq üçün qollarını çırmaladı. ABŞ-da yayımlanan “Shark Tank” sahibkarlıq proqramında iştirak edən 10 yaşlı Kessidi investisiya almağı bacardı və tezliklə hər il 1 milyon dollardan çox gəlir əldə etməyə başlayan “The Baby Toon” adlı şirkət qurdu.
***
Bəzən milyonların qapısını açmağa təkcə bəxt bəs edir. Avstriyada yaşayan bir kişinin evinə çağırılan santexnika boruların arasında gizlədilən sandıq tapıb və ev sahibinə məlumat verib. Onlar sandığı açanda içərisində 30 kiloqram qızıl tapılıb və təxminən 2,5 milyon avro dəyərində sərvət ev sahibi ilə santexnik arasında bərabər bölünüb.
***
ABŞ-dan Rendi Quicarro üç köhnə fotoşəkili suvenir dükanından cəmi 6 dollara alıb. Evə qayıdıb fotoşəkilləri diqqətlə araşdırdıqda, Quijarro onu milyonçu edəcək bir detalla qarşılaşıb. Şəkildəki şəxslərin məşhur “Billy The Kid” adlı qanundankənar 4 dəstə üzvünə və onların rəfiqələrinə aid olduğunu anlayan Quicarro, 5 illik zəhmətdən sonra şəklin həqiqiliyini sübut edə bildi və fotonu 2 milyon dollara sataraq onu dollar milyonerlərindən biri olub...