Enerji böhranı dərinləşir
Neft qiymətləri kəskin yüksəldi
14:06 | 29 aprel 2019 | Bazar ertəsi
Məqaləyə 3490 dəfə baxılıb
Şriftin ölçüsü
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Enerji qiymətləri kəskin artdı
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Hörmüz boğazındakı sakitlik uzun sürmədi
Atəşkəs xəbəri qara qızıla mənfi, birjalara isə müsbət təsir etdi
Yaxın Şərqdə ən çox itki BƏƏ-nin payına düşüb
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Qlobal investisiya bankı “Goldman Sachs Group Inc”, Türk Lirəsinin (TL) növbəti 12 aylıq dövrdə ABŞ dolları qarşısında 15 faiz dəyər itirəcəyi proqnozunu verib.
“Goldman”, Türkiyə Mərkəzi Bankının (TCMB) Türk Lirəsinə dəstəyi gücləndirməkdən uzaq qərarları ilə, yəqin ki, lirənin sonuncu dəfə 2018-ci ilin ortasındakı böhran zamanı görülən səviyyələrə (1 Dollar 7 lirəni keçmişdi) gəlməsinə səbəb olacağını bildirib.
“Goldman” strateqləri, “Mərkəzi Bankın keçən həftəki toplantıdan sonra açıqlamasından “ehtiyac olduğu halda əlavə sərt tədbirlərə gediləcəyi” ifadəsini çıxarması həm faiz endirimə, həm də pul vahidinin daha da dəyər itirməsinə qapı açıb”, - qeyd ediblər.
“Goldman”a görə, Dollar qarşıdakı altı ayda 6.5 TL və 12 ayda isə 7 TL səviyyəsinə qalxa bilər. Beləliklə “Goldman”, növbəti 1 illik dövrdə Türk Lirəsinin 15 faiz dəyər itirəcəyi proqnozunu verib.
Lirənin məzənnəsi səhər saatlarında 5.95 lirə səviyyələrində olub.
“Goldman” iqtisadçıları, “Faizlər, valyuta əmanətlərinin artımından göründüyü kimi, Türkiyə lirəsinə etimadın yenidən bərpa edilməsinə yetəcək qədər yüksək deyil”, - qeyd ediblər.
“Goldman” iqtisadçıları, “TCMB-nin TL-ni sabitləşdirmək üçün addım atması lazım olacaq. Əmanətçilərin, əmanətlərində lirənin payını artırmaqda maraqlı olmaları üçün daha çox “risk mükafatına” (əlavə faizə) ehtiyac duyacaqlar”,- əlavə ediblər.
İqtisadçılar, aşağı səviyyədə və düşən valyuta ehtiyatlarının yəqin ki, lirəyə etimadı daha da azaldacığını sözlərinə əlavə ediblər.