Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
14:51 | 1 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 257 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 74,91 dollara satılır. Ötən gün 75,04 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 74,77 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:24-ə olan bağlanış qiyməti ilə müqayisədə 0,19 faiz artaraq 74,91 dollar olub. Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli 71,64 dollara alınıb.
Neft qiymətləri ABŞ prezidenti Donald Trampın Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq etməsindən, Rusiya xam neftinə ikinci dərəcəli tariflər tətbiq etmək planından və İrana hücum təhdidlərindən sonra yüksəlib. Bu qlobal gərginliyin neft tədarükünü poza biləcəyi ilə bağlı narahatlıqlar qiymət artımını dəstəkləyir.
Trampın “Azadlıq Günü” olaraq xarakterizə etdiyi 2 apreldə ikitərəfli tarifləri açıqlamağa hazırlığı qlobal ticarətə mümkün təsirləri baxımından qiymətləndirilir. Trampın tarifləri qlobal miqyasda ən böyük qeyri-müəyyənlik mənbəyi olaraq qalır və digər ölkələrdən potensial qisas alması ticarət müharibəsinin dərinləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Analitiklərin fikrincə, ticarət müharibəsinin qlobal artıma təsiri ilə bağlı narahatlıqlar neft qiymətlərindəki artımlara təsir edir.
ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna sülh danışıqlarının gedişatı investorların diqqət mərkəzində qalmaqda davam edir. Tramp Moskvanın səhvi hesab etdiyi müharibəni dayandırmaq üçün Rusiya razılığa gələ bilməsə, Rusiya neftinə “ikinci dərəcəli tariflər tətbiq edəcəyi” barədə xəbərdarlıq edib. “Bu o deməkdir ki, siz Rusiyadan neft alsanız, ABŞ-da bizneslə məşğul ola bilməzsiniz”, – deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Trampın İranı bombalamaq hədəsinə reaksiya verib. “Bir dövlət başçısının İrana qarşı açıq bomba təhdidi beynəlxalq sülh və təhlükəsizliyin mahiyyətinə sarsıdıcı təhqirdir”, – deyə Bekayi sosial media hesabında yazıb. Tramp İranın nüvə razılaşmasına nail olub-olmamasından asılı olaraq əlavə sanksiyaların tətbiq ediləcəyini bildirib.
İran həmçinin Fars körfəzində yanacaq qaçaqmalçılığı iddiası ilə iki xarici neft tankerini saxladığını açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Fars körfəzində “Star-1” və “Vinteg” adlı iki tankerə yanacaq qaçaqmalçılığı səbəbiylə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müdaxilə edib.
Digər tərəfdən, Trampın mart ayında tarifləri artırmasına baxmayaraq, Çində istehsal sənayesində iqtisadi aktivlik genişlənməyə davam edib. Çin Milli Statistika Bürosunun (NBChina) məlumatına görə, istehsal sənayesi Satınalma Menecerləri İndeksi 2025-ci ilin mart ayında əvvəlki ayla müqayisədə 0,3 bənd artaraq 50,5-ə yüksəlib.