Fransada minimum əməkhaqqı narazılığı
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
20:12 | 9 aprel 2025 | Çərşənbə
Məqaləyə 189 dəfə baxılıb
Şriftin ölçüsü
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransada bir bələdiyyə ölkənin müdafiəsinə dəstək məqsədilə hər bir vətəndaşdan 10 Avro qarşılığında dövlətə cəmi 64 min avro ianə verməyə qərar verib. Qərar ictimaiyyətin müzakirəsi olmadan qəbul edildiyi üçün əks reaksiyalara səbəb olub.
Fransanın cənubundakı Lavandu turizm şəhərinin bələdiyyə şurası ölkənin müdafiəsinə dəstək məqsədilə dövlət büdcəsinə 64 min avro ianə vermək qərarına gəlib. Bu məbləğ şəhərdə yaşayan hər bir vətəndaşın simvolik 10 avro ödəməsi deməkdir.
Qərar bələdiyyə sədri Qilles Bernardinin (LR) təklifi ilə keçən həftə şəhər şurasında səsverməyə çıxarılıb və səs çoxluğu ilə təsdiqlənib. “Bələdiyyəmiz maliyyə cəhətdən sağlam vəziyyətdədir. Vergiləri 6 faiz azaltdıq. Biz bu jesti ölkəmizin müdafiəsinə töhfə vermək üçün etmək istədik”, – mer Bernardi deyib.
Lakin bu qərar şəhərdə mübahisələrə səbəb olub. Bəzi şura üzvləri və vətəndaşlar belə bir mühüm məsələ ilə bağlı ictimai rəy nəzərə alınmadan qərarın verilməsini tənqid ediblər. Buna qarşı çıxanlar isə “Bizdən müharibə üçün pul istənilir, amma insanların alıcılıq qabiliyyəti və təhlükəsizliyi kimi daha aktual məsələlərə məhəl qoyulmur”, – deyərək etirazlarını bildiriblər.
Digər tərəfdən bəzi vətəndaşlar, xüsusilə yaşlılar bu qərarı müdafiə edərək, “Ölkənin müdafiəsi hamımıza aiddir, töhfə vermək məntiqlidir”, – fikrini bölüşüblər.
Bələdiyyənin göndərdiyi 64 min avroluq ianə yay aylarına qədər dövlət xəzinəsinə köçürüləcək. İllik tətilini Lavandu yaxınlığındakı Breqançon qəsrində keçirən prezident Emmanuel Makronun bu jestinə görə bələdiyyəni ziyarət edə biləcəyi bildirilir.