vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
Bakı merinə «Şərəf» ordeni 10:33 | 13 may 2014 | Çərşənbə axşamı Məqaləyə 1508 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı merinə «Şərəf» ordeni

Hacıbala Abutalıbovun 70 yaşı tamam oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun doğum günüdür. AzVision.az xəbər verir ki, 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olan merin 70 yaşı tamam olur.

H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırki Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə edib, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb.

H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda «Yarımkeçiricilərin kvant elektronikası» laboratoriyasının müdiri olub.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayından prezident Heydər Əliyevin fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu gün isə prezident İlham Əliyevin sərəncamı ilə Hacıbala Abutalıbov «Şərəf» ordeni ilə təlfit edilib.

Ailəlidir, iki oğlu var.