Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
10:59 | 28 may 2025 | Çərşənbə
Məqaləyə 115 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Dünyanın ən varlı adamın sərvəti yarım trilyonu gördü
70 milyard dollarlıq qazanc ilə dünyanın ən zəngini Maska rəqib oldu
İlon Maskın şirkəti spektrum lisenziyaları əldə etdi
... Mask və süni intellekt hədəflərinə bağlıdır
“Tesla” sərmayəçiləri “robotaksi”nin genişləndirilməsi üçün Maskı təşviq etməyi düşünür
Dünyanın ən varlı adamından NRW-də seçkilər öncəsi AfD-yə dəstək açıqlaması
... Yaxud “Starship” proqramında dönüş nöqtəsi
NASA şirkət ilə 4 milyard dollarlıq müqavilələri imzalayıb
370 mindən çox şəxsi söhbət internetə sızdı
İlon Mask “Apple” və “OpenAI”a qarşı məhkəmə iddiası qaldırdı
14 yaşında işə götürülən Quazi “SpaceX”dən ayrılır
Dünyanın ən varlı adamı ABŞ-da yeni siyasi partiya planlarını kənara qoyur
“OpenAI” beyin çipində “Neuralink”ə alternativ yaradır
Milyarder iş adamı və ABŞ prezidenti Donald Trampın müşaviri İlon Maska məxsus kosmik nəqliyyat şirkəti “SpaceX” özünün ən güclü kosmik raketi “Starship”in 9-cu uçuş sınağını həyata keçirib. Səkkiz süni “Starlink” peyki daşıyan “Starship” raketi Bakı vaxtı ilə saat 03:36-da ABŞ-ın Texas ştatında yerləşən “Starbase” raket bazasından uğurla buraxılıb.
***
Raketin təkrar istifadə edilə bilən birinci mərhələ gücləndiricisi “Super Heavy” buraxıldıqdan sonra okeana sərt eniş edərkən, səyahətinə davam edən “Starship” raketi yük qapısının açılmaması səbəbindən səkkiz “Starlink” peykini orbitə yerləşdirə bilməyib. Daha sonra, “Starship”in bəzi yanacaq çəni sistemlərində sızma səbəbiylə raketin hündürlük problemi yaşadığı bildirilib.
***
“SpaceX”dən verilən açıqlamada, buraxıldıqdan təxminən 30 dəqiqə sonra raketlə əlaqənin kəsildiyi və kosmik qurğunun tez və planlaşdırılmadan parçalandığı deyilib.
***
“SpaceX”in növbəti uçuş sınağı üçün hazırlıqlarını davam etdirəcəyi vurğulanıb və "Bu tip sınaqda müvəffəqiyyət öyrəndiklərimizdən qaynaqlanır: “SpaceX” həyatı çox planetli etmək üçün çalışdığına görə bugünkü sınaq “Starship”in etibarlılığını artırmağa kömək edəcək”.
Son sınaq uçuşunun indiyə qədər müəyyən edilmiş texniki çatışmazlıqların aradan qaldırılmasına və “Starship”in performans inkişaf işlərinə töhfə verəcəyi deyilir.
***
“Starship”in 7-ci və 8-ci uçuş sınaqları da uğurla başladı və “Super Heavy” gücləndirici buraxılışdan sonra planlaşdırıldığı kimi Yerə qayıtdı. Bununla belə, “Starship” raketi hər iki cəhddə buraxıldıqdan təxminən 10 dəqiqə sonra havada parçalandı.
ABŞ-ın kosmik nəqliyyat şirkəti “SpaceX”ə məxsus 122 metr uzunluğundakı nəhəng “Starship” raketi dünyanın ən böyük və ən güclü kosmik raketi kimi tanınır. “Starship”in Yer orbitinə, Aya və Marsa yük və insanların daşınması məqsədi ilə hazırlandığı bildirilir.