vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
Müəllimlərin imtahanına hazırlıqlar başladı 20:55 | 14 may 2014 | Çərşənbə Məqaləyə 2635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müəllimlərin imtahanına hazırlıqlar başladı

Təhsil idarəsi məktəb direktorları ilə görüş keçirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara artıq başlanılıb.

Modern.az xəbər verir ki, bu məqsədlə, mayın 14-də Bakı şəhərinin ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. Görüş zamanı məktəb direktorları Sınaq Qiymətləndirilməsinin əsas məqsəd və mahiyyəti barədə məlumatlandırılıb və sualları cavablandırılıb. Bununla yanaşı paytaxtın 12 rayonu üzrə ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərlə də yerlərdə görüşlərin keçirilməsinə və onların da Sınaq Qiymətləndirilməsi barədə məlumatlandırılmasına başlanacaq.

Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.