
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Evdə nə qədər nağd pul saxlamaq lazımdır?
Əhali baş ağrısı, ürəkbulanma, yorğunluq və stressdən şikayət edir
“2,5 milyon avro dəstək verilməsə, bağlana bilərik”
PVV öndə, VVD geriləyir, DENK özünə gəlir
Hollandiyada ifrat sağçı partiyalar seçkiqabağı islam düşmənçiliyində yarışa girib
34 nəfərlik hava şar yerə çırpıldı, 1 ölü
Avropa ölkəsində dövlət və səhiyyə qurumlarına kiber hücum
Hollandiyada müsəlman qurumlar Vilders haqqında prokurorluğa şikayət edib
Hollandiya PURL mexanizmini dəstəkləyən ilk NATO dövləti oldu
Qlobal bazarlarda ABŞ-AB anlaşmasına reaksiya
Avropa təcili ərzaq strategiyası qurur
Amsterdam küçələrində gəmirici basqını
Avropada potensial müharibəyə qarşı köhnə qatarları səhra hospitalına çevirir
Sığorta şirkətləri müflis olma durumunda
Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) lideri Dilan Yaşılgöz növbəti koalisiyada artıq Azadlıq Partiyasının (PVV) lideri Girt Vilders ilə işləmək istəmədiyini açıqlayıb. “De Telegraaf” qəzetinə verdiyi müsahibədə Yaşılgöz Vildersi inanılmaz dərəcədə etibarsız tərəfdaş olaraq xarakterizə edib və Hollandiyanın yetkin liderliyə ehtiyacı olduğunu söyləyib. Yaşılgözün açıqlaması VVD-nin rəsmi saytında da dərc olunub.
Müsahibəsində “Öz şəxsi mənafeyini ölkənin mənafeyindən üstün tutur”, – deyən Yaşılgöz, Vildersin bacarmayan və istəməyən biri olduğunun əvvəldən bəlli olduğunu bildirib: “O, heç vaxt ölkə üçün məsuliyyət daşımayacaq. Bu, heç bir yerə aparmayacaq”.
Son bir həftə ərzində bir çox VVD üzvü ilə məsləhətləşdikdən sonra qərarını verdiyini deyən Yaşılgöz, “Heç kim Vildersə yeni şans verilməli olduğunu demədi”, – deyib. VVD-nin qərarı PVV-nin potensial koalisiya hökumətində olmaq şansını əhəmiyyətli dərəcədə azaldıb.
İkinci şans
Duruşu ilə bağlı Vilderslə heç bir fikir ayrılığının olmadığını bildirən Yaşılgöz, “Vildersə ikinci şans verdim”, – deyərək birinci Rutte hökumətində də masadan ayrıldığını xatırladıb.
Son seçki nəticələrinin seçicilərin sağçı bir hökumət istədiklərini göstərdiyini deyən Yaşılgöz, “Daha əvvəl razılaşa bilmədiyimiz məsələlərdə bu dəfə razılaşmaq imkanımız oldu”, – deyib.
VVD-nin Yaşıl Sol İşçi Partiyası (GL-PvdA) ilə koalisiya qurmasının indi qaçılmaz olub-olmadığı sualına Yaşılgöz dəqiq cavab verməyib. O, “Başqa variantlar da var”, – deyib və bu partiyanı əvvəldən kənarlaşdırmaq demokratiyanı sarsıdacaq.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna toxunan Yaşılgöz, “GL-PvdA ilə ciddi fikir ayrılıqlarımız var, lakin mən bunu məzmuna görə müzakirə edirəm”, – deyib və “Yaşıl solda” “radikal qanad” olduğunu bildirib.
Vilders qəzəblidir
Vilders isə VVD-nin qərarına “X”-dəki paylaşımı ilə reaksiya verib. “Yaşılgöz beləliklə GL-PvdA-nı seçdi”, – deyən Vilders, Yaşılgözün “ölkəni solla birlikdə dağıtmaq istədiyini”, – iddia edib.
***
Keçən həftə Vilders qaçqınlarla bağlı şərtlərinin koalisiyadakı VVD, NSC və BBB partiyaları tərəfindən dəstəklənməməsi səbəbindən partiyasının prosesdə iştirak etməyəcəyini açıqlamışdı. Hər üç tərəf bu iddianı rədd edib.
Vildersin açıqlamalarından sonra PVV-yə yaxın şəxslər vəzifələrindən istefa veriblər. Digər üç partiya isə nazir postlarını öz üzərinə götürüb. Hökumətin dağılmasından sonra Seçki Şurası oktyabrın 29-da yeni seçkilərin keçiriləcəyini açıqlayıb.