
Din örtüyünə bürünmüş farslar
Nə həqiqi dini rejimdir, nə də ədalətə, insanlığa əsaslanır
Nə həqiqi dini rejimdir, nə də ədalətə, insanlığa əsaslanır
Silahlanma, nüvə proqramı, siyasi yaxınlaşma və Husi hücumları yeni müharibənin siqnallarıdır
Rejim liderinin Azərbaycana nifrətinin kökündə nə dayanır?
Qəzzada atəşkəsin qalıcı olması üçün tək şərt var
Atəşkəsdən sonra İran–İsrail savaşında yeni cəbhə – Kibermüharibə
İranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürüldüyü “MOSSAD” əməliyyatı ilə bağlı yeni detallar
Fransa kəşfiyyatı: “Nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil”
“Hizbullah” rəsmisi: “ABŞ-ın birbaşa müdaxiləsi əsas hədəflərə çatmağa imkan verməzdi”
Vətəndaş etirazları genişlənir
“Son bir məsələ qalır”
Qruplar postunu oğluna ötürmək istəyən Xameneyiyə mane olur
“Xalq üsyana qalxsa, rejim üçün daha pis olacaq”
Nüvə raketini 150-200 km hündürlükdə məhv edən silaha 6 milyon o qədər də bahalı deyil
Netanyahu Trampı Nobel mükafatına namizəd göstərir
ABŞ İsrail ordusu bazaları üçün yüz milyonlarla dollar xərcləyir
“İrana zənginləşdirilmiş uranla kömək etməyə hazırıq”
İsrailin dünən səhər saatlarında İrana hücumundan sonra bölgədə gərginlik artdığı üçün iki ölkənin, eləcə də İraq, Suriya və İordaniyanın hava məkanı da kommersiya uçuşları üçün bağlanıb.
Bölgədə demək olar ki, bütün aviaşirkətlər uçuşları dayandırarkən, Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu THY başda olmaqla bütün türk şirkətlərinin uçuşları ləğv etdiyini açıqladı.
Digər tərəfdən, hər iki ölkənin İranın cavab raket hücumundan sonra bombardman etməyə davam etdiyi iyunun 13-dən 14-nə keçən gecə Tehrana doğru tək kommersiya uçuşu davam edib.
Qərbin sanksiyaları altında olan İran aviaşirkəti “Mahan Air”in IRM50 reysi dünən axşam Taylandın paytaxtı Banqkokdan havaya qalxaraq bu gün səhər tezdən Tehranın İmam Xomeyni hava limanına enib.
Tamamilə boş olan və Yaxın Şərq üzərində hava məkanında təkbaşına uçan IRM50, təyyarənin vurulacağından qorxaraq dünyanın hər yerindən minlərlə insan tərəfindən “FlightRadar” və “FlightAware” kimi uçuş izləmə saytlarında canlı olaraq izlənilib.
“FlightAware” məlumatlarına görə, təyyarə dünən yerli vaxtla saat 22:34-də Banqkokdan havaya qalxıb və bu gün saat 02:00-da Tehrana çatıb. Təyyarənin səyahət boyu zaman-zaman izləmə sistemlərindən itdiyi görülüb. Bu vəziyyət izləyənlərin həyəcanlandırsa da, heç bir problem yaşanmayıb.
Ehtimal olunur ki, təyyarə İran hava məkanında olarkən çox güman ki, təhlükəsizlik səbəbi ilə transponderlərini söndürüb və buna görə də izləmə sistemlərindən itib.
“Mahan Air”in təlatümlü tarixi
“Mahan Air”in sözügedən uçuşunun narahatlıq doğurmasının səbəblərindən biri də aviaşirkətin dəfələrlə siyasi diqqət mərkəzində olması və geniş sanksiyaların hədəfinə çevrilməsidir.
İranın ilk özəl aviaşirkətlərindən biri olan “Mahan Air” 1992-ci ildə fəaliyyətə başlayıb. Şirkət İran daxilində və Yaxın Şərq, Çin, Hindistan və Avropaya müntəzəm uçuşlar həyata keçirir. Şirkətin təyyarələri daha əvvəl İstanbul, Pekin, Moskva, Dehli, Mançester və Birmingem kimi şəhərlərə uçuşlar həyata keçirib.
Təyyarə ilk dəfə 2011-ci ildə sanksiyalarla qarşılaşıb. O zaman Qüds Qüvvələrinə logistik dəstək verdiyi səbəbilə ABŞ Maliyyə Nazirliyi tərəfindən qara siyahıya salınmışdı. Qüds Qüvvələri İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xarici əməliyyatlara cavabdeh olan xüsusi bölməsidir. Onun ən məşhur komandiri Qasım Süleymani 2020-ci ildə ABŞ tərəfindən öldürülüb. Aviaşirkətin Qüds Qüvvələri ilə sıx əlaqələri olması və Suriya və Livana silah və personal daşıması ilə bağlı ittihamlar olub.
2019-2020-ci illər arasında Almaniya, Fransa, İtaliya və İspaniyada qadağan edilmiş “Mahan Air”, 2024-cü ildə Rusiyaya silah daşımaq ittihamı ilə yenidən embarqo ilə üzləşib.
Əslində, 2019-cu ildə ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell Almaniyanın embarqonunu yüksək qiymətləndirərək, “Mahan Air”in uçduğu heç bir ölkə özünü təhlükəsiz hiss etməməlidir”, – demişdi.