İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:26 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 226 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ-ın İrana hücumundan sonra Avropada təbii qazın qiyməti artıb. Əməliyyatların başladığı səhər saatlarında indikativ TTF fyuçers müqaviləsi bir ay sonra çatdırılma üçün meqavat saat üçün 42,44 avroya yüksəlib. Bu səviyyə aprelin əvvəlindən bəri ən yüksək qiymət kimi qeydə alınıb. Bununla belə, qiymət erkən saatlarda bir qədər ucuzlaşaraq 41,53 avroda qərarlaşıb.
Həftə sonu ABŞ İsrail və İran arasındakı müharibəyə birbaşa müdaxilə edərək İranın yeraltı nüvə obyektlərini bombalayıb. ABŞ prezidenti Donald Trampın bu addımı beynəlxalq ictimaiyyətdə Yaxın Şərqdə müharibənin genişlənəcəyi ilə bağlı narahatlığı artırıb. Sözügedən inkişafın Hörmüz boğazından keçən dəniz nəqliyyatının dayandırılmasına da səbəb ola biləcəyi bildirilir.
“ING Bank”ın əmtəə üzrə eksperti Uarren Pattersona görə, ən böyük risklərdən biri İranın Hörmüz boğazında dəniz nəqliyyatını kəsmək cəhdidir. Patterson vurğulayır ki, bu boğaz “qlobal neft və mayeləşdirilmiş təbii qaz nəqlində kritik dəhlizdir”. “ING” ekspertinin sözlərinə görə, qlobal mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi Hörmüz boğazından keçir.