Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
17:40 | 25 iyun 2025 | Çərşənbə
Məqaləyə 150 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Böyük Britaniya dondurulan Rusiya aktivlərindən gələn faiz gəlirləri müqabilində Ukraynaya 70 milyon funt sterlinq dəyərində 350 hava hücumundan müdafiə raketi göndərəcəyini açıqlayıb.
Böyük Britaniya Müdafiə Nazirliyindən verilən açıqlamada, Ukraynanın Rusiyaya qarşı hava hücumundan müdafiə sahəsində daha da böyük üstünlük əldə etməsi üçün 350 “Advanced” qısa mənzilli hava-hava raketi (ASRAAM) göndəriləcəyi bildirilib.
Açıqlamada, döyüş təyyarələrindən atılmaq üçün nəzərdə tutulan raketlərin yerdən atılması üçün işlərin 3 ayda tamamlandığı və raketlərin hərbi yük maşınlarının arxasındakı akkumulyatorlardan buraxıla biləcəyi bildirilib.
Raketlərin “Raven” kimi tanınan qısa mənzilli mobil hava hücumundan müdafiə sistemində istifadə ediləcəyi və daha əvvəl Ukraynaya təhvil verilən 8 “Ravens”ə əlavə olaraq daha 5 hərbi maşınının göndəriləcəyi qeyd edilib.
Ukraynaya göndəriləcək raketlərin dəyərinin 70 milyon funt-sterlinq olduğu vurğulanan açıqlamada, "Raketlər, fövqəladə gəlirlərin sürətləndirilməsi (ERA) planı çərçivəsində həbs qoyulan Rusiya aktivlərindən əldə edilən 70 milyon funt-sterlinqlik faiz gəlirindən istifadə edilərək maliyyələşdiriləcək", – deyilib.
Bəyanatda qiymətləndirmələri yer alan İngiltərə Baş naziri Keir Starmer, "Putinin qanunsuz və vəhşi müharibəsinin bədəlini Ukrayna deyil, Rusiya ödəməlidir. Həbs qoyulan Rusiya aktivlərindən əldə edilən gəliri Ukraynanın ehtiyac duyduğu hava hücumundan müdafiə sistemini təmin etmək üçün istifadə etməyimiz son dərəcə uyğun bir qərardır", – deyib.
Müdafiə naziri Con Hili Ukraynanın sülhü təmin etmək üçün ən güclü mövqeyə gətirilməsi lazım olduğunu vurğulayaraq, "Rusiyanın Ukrayna şəhərlərinə qarşı fərq qoymadan raket və pilotsuz təyyarələrlə hücumları Putinin sülhə ciddi yanaşmadığını göstərir. Ona görə də həbs qoyulan Rusiya aktivlərindən əldə edilən gəliri Ukraynanı bu qırğından qorumaq üçün istifadə etməkdə haqlıyıq”, – deyib.
Bəyanatda həmçinin Böyük Britaniyanın Ukraynaya 5 min raket vermək vədi də xatırladılıb.