Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:42 | 28 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 481 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Neft qiymətləri yeni həftəyə artımla başladı. ABŞ ilə Avropa Birliyi (AB) arasında ticarət razılaşmasının əldə olunması və Çin ilə gömrük tariflərinin təxirə salınması ehtimalının uzadılması xəbərləri, iqtisadi fəaliyyətlərin zəifləyəcəyi və yanacağa olan tələbatın azalacağına dair narahatlıqları yumşaltdı. Bu da qlobal bazarlarda neftin qiymətinin yüksəlməsinə səbəb oldu.
Vaxt.az xəbər verir ki, hazırda “Brent” markalı xam neftin fyuçers qiyməti 0,32 faiz artaraq 68,66 dollar, ABŞ xam nefti (“WTI”) isə 0,34 faiz bahalaşaraq 65,38 dollar səviyyəsindədir.
"IG Markets" analitiki Toni Sikamor bildirib ki, “ABŞ–AB ticarət razılaşması və ABŞ–Çin tarif təxirə salınmasının uzadılması ehtimalı həm qlobal maliyyə bazarlarını, həm də neft qiymətlərini dəstəkləyir”.
Qeyd edək ki, ABŞ ilə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, AB-dən idxal olunan məhsulların əksəriyyətinə 15 faiz gömrük vergisi tətbiq ediləcək. Bu isə əvvəlcədən nəzərdə tutulan 30 faizlik tarif təhdidinin yarısı deməkdir. Beləliklə, dünyanın təxminən üçdə birini təşkil edən bu iki iqtisadi güc arasında böyük ticarət savaşı riski aradan qalxmış oldu.
Bundan əlavə, ABŞ və Çin arasında yüksək səviyyəli ticarət nümayəndələri bazar ertəsi günü Stokholmda görüş keçirəcək. Məqsəd, 12 avqust tarixindən əvvəl yeni tarif artımlarının qarşısını almaq üçün razılaşmanın müddətini uzatmaqdır.
Azərbaycan neftinin (“Azeri Light”) bir barelinin qiyməti hazırda təxminən 76 dolların üzərində satılır.