Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
11:54 | 4 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 1094 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Şimali Koreya lideri Kim Çen In tərəfindən “müasir və varlı ölkə” imici yaratmaq məqsədilə inşa edilən Vonsan Kalma kurortu, ilk dəfə xarici turistlərə açılıb. Amma yalnız bir şərtlə – ancaq rus vətəndaşları qəbul olunur.
Bir həftəlik istirahət təqribən 2 min dollara başa gəlir və bu qiymətə bol yemək, yalnız üç içki seçimi (su, çay və pivə) və dəqiqəsi 17 sentə Wi-Fi daxil olur. Turistlər xərclərini yalnız ABŞ dolları, avro və ya Çin yuanı ilə ödəyə bilirlər – rubl keçmir.
“Bütün çimərlik bizim idi”
Moskvadan olan 33 yaşlı Anastasiya Samsonova Şimali Koreyəyə fərqli bir tətil təcrübəsi üçün üz tutub. Pxenyandan sonra Vonsan kurortuna gedən Samsonova gördüyü mənzərəni belə təsvir edib: “Bütün çimərlik bomboş idi. Kurortda qalan yeganə qrup biz idik”.
Bu vəziyyətin müsbət tərəfi də olub. Samsonovaya görə, xidmət səviyyəsi ideal idi – istədikləri musiqilər, yeməklər və hətta balkona istədikləri stullar dərhal gətirilib. Kurortdan isə nüvə başlığına bənzəyən suvenir biblo ilə qayıdıb.
Pandemiyadan sonra 2020-ci ildə sərhədlərini bağlayan Şimali Koreya, yalnız rus turistlər üçün 2024-cü ilin fevralında yenidən açılıb. Rəsmi statistikaya görə, ötən il yalnız 1500 rus bu ölkəyə səfər edib. Vonsan kurortu Kim Çen Inın 2018-ci ildə elan etdiyi və İspaniyanın Benidorm sahil şəhərindən ilhamlanaraq tikdirdiyi layihələrdən biridir. Kurortun iyunun sonunda rəsmi açılışı olub. 20 min nəfərlik tutuma malik kurortun böyük hissəsində isə hələ də tikinti gedir.
“İlk dəfə kök şimali koreyalılar gördük”
Turistlər yerli əhali ilə təmasdan qorunur – onlar üçün ayrıca çimərliklər ayrılıb. Su parkına isə yabancıların girişi qadağandır. Bütün alış-verişlər elektron bilərziklərlə həyata keçirilir. Bu bilərziklərə yalnız xarici valyutalarla pul yükləmək mümkündür.
Pivə: 60 sent
Üz masajı: 15 dollar
Nüvə raketi suveniri: 465 dollar
Turist qrupunun təşkilatçısı Aleksandr Spevak qeyd edib ki, hotel işçiləri “narahat etməyin” lövhəsinə məhəl qoymur və isti suyun təzyiqi də daim aşağı salınırdı. Onun sözlərinə görə, Lavrovun səfəri zamanı hoteldə ilk dəfə dəbdəbəli geyinmiş, smartfonlu və kök şimali koreyalılar görünüb.
Yerli qonaqlara isə toplu şəkildə bikini, eynək və üzgüçülük papaqları paylanıb, hamısı birlikdə dənizə buraxılıb. Bələdçilərdən biri isə üzə bilmədiyi üçün saatlarla bir rus turistin əlindən tutub.
Növbəti rus turist qrupu yaxın günlərdə Vonsan kurortuna gələcək.